"Üçüncü Bahar" təşəbbüs qrupu Mingəçevir təqaüdçülərilə görüş keçirib

(®) Cari ilin 13 aprel tarixində "Üçüncü Bahar" təşəbbüs qrupu Mingəçevir şəhərinin təqaüdçüləri ilə görüş keçirmişdir.

 

Görüş zamanı KapitalBank ASC-nin Mingəçevir filialının müdiri Elşən Qasımov təqaüdçülər qarşısında Maliyyə savadlılığı mövzusunda praktik təlim proqramı ilə çıxış etmişdir.

 

Mingəçevirin quruculuğunda bilavasitə iştirak etmiş təqaüdçülər tədbirin bədii hissəsinə şer və musiqi ifaları ilə rəng qatdılar. Tədbirin təşkilində fəal iştirakına görə Mingəçevir sakinləri Validə Əlizadə və Pəri Tağıyeva Üçüncü Bahar təşəbbüs qrupu tərəfindən Təşəkkürnamə ilə təltif edildilər.

 

Qeyd edək ki, Üçüncü Bahar təşəbbüs qrupu 2017-ci ildən fəaliyyət göstərir. Layihənin əsas məqsədi əmək təqaüdünə çıxmış əhalinin asudə zamanının səmərəli təşkili ilə məşğuldur. Qrupun YAŞA mərkəzi fəaliyyət göstərir. Təqaüdçülər bu mərkəzdə müxtəlif istiqamətli təlim -tədris proqramlarında iştirak edirlər.

 

Mərkəz Bakıxanov qəsəbəsi Yavər Əliyev 1 ünvanında yerləşir.

Əlaqə: 012 425 55 23

15 Aprel 2019 , 16:14   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin