Gömrük Rusiya ilə sərhəddə yaranmış sıxlıqla bağlı məlumat yayıb

Dövlət Gömrük Komitəsinin (DGK) Şimal Ərazi Baş Gömrük İdarəsinin Rusiya ilə sərhəddə yerləşən "Samur" gömrük postu vasitəsilə ölkə ərazisini tərk edən yük nəqliyyat vasitələrinin sərhədkeçmə prosesində müvəqqəti sıxlıq yaranıb. 

 

AŞAĞI FAİZLƏ TƏCİLİ PUL KREDİTİ

 

"Marja" xəbər verir ki, bu barədə DGK-nın açıqlamasında bildirilir. 

 

Məlumatda həmçinin deyilir ki, problem Rusiya tərəfində sistemdə baş verən texniki nasazlıqla əlaqədar olub. Belə ki, aprelin 13-ü günün birinci yarısında Rusiya Federasiyasının aidiyyəti gömrük qurumları sistemdəki nasazlıqla əlaqədar malların və yük nəqliyyat vasitələrinin qeydiyyatında bir neçə saatlıq fasilənin yaranacağını bildiriblər. Keçən müddət ərzində mütəmadi olaraq qarşı tərəflə danışıqlar aparılıb və problemin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib.

 

Aprelin 15-i saat 16:30-dan etibarən Rusiya tərəfində sistemdə baş verən nasazlıq aradan qaldırılaraq yük nəqliyyat vasitələrinin keçidi təmin edilib. 

 

"Samur" gömrük postu vasitəsilə piyadaların və yüngül minik nəqliyyat vasitələrinin sərhədkeçmə prosesi isə gündəlik iş qrafikinə əsasən həyata keçirilir.

15 Aprel 2019 , 17:26   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin