Tramp-dan Boeing-ə yeni marka tövsiyyəsi

Çoxlu sayda ölkə Boeing 737 Max model sərnişin təyyarələri ilə uçuşları dayandırıb, hava məkanını bu təyyarələrə bağlayıb. ABŞ Prezidenti Donald Tramp,  təyyarə istehsalçısı Boeing-ə, sözügedən modeldə dəyişikliklər edib yeni bir brend adı ilə bazara çıxarmağı tövsiyə edib. 
 

"Marja" xəbər verir ki, Tramp, şəxsi "Twitter" hesabında mövzu ilə bağlı verdiyi açıqlamada, "Mən Boeing-in yerində olsaydım, Boeing 737 Max-ların qüsurlarını aradan qaldırıb, yeni xüsusiyyətlər əlavə edib, yeni brendlə bazara çıxarardım", - ifadələrini istifadə edib.
 

 ABŞ Prezidenti, ironik bir ifadə ilə, "Mən marka yaratmaqdan nə anlayıram ki, bəlkə də heç", - əlavə edib. 
 

 Tramp, iş adamı kimi öz adını daşıyan markanı çoxlu sayda məhsul, xidmət və müəssisədə istifadə edir.

15 Aprel 2019 , 21:50   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin