“Günay Sığorta”nın yeni satış ofisi açıldı
(®) “Günay Sığorta” ASC müştərilərinə daha yaxın olmaq və onların rahatlığını təmin etmək məqsədi ilə Quba şəhərində yeni satış ofisini müştərilərin xidmətinə verib.
Quba satış ofisi Heydər Əliyev prospekti 2/3B ünvanında yerləşir və həftə içi hər gün saat 09.00-dan 18.00-dək fəaliyyət göstərir. Satış ofisi fiziki və hüquqi şəxslərə sığorta xidmətlərini təklif edir.
Şimal regionun rəhbəri sığorta sahəsində geniş təcrübəyə malik Əmrulla Xankişiyev açılış mərasimində bildirib ki, “Yeni satış ofisimizdə sığorta məhsulları təqdim etməkdən və əhalidə yaranan sığorta ilə bağlı sualları cavablandırmaqdan məmnunluq duyarıq. Satış ofisimiz Şimal regionu üzrə müştəri xidmətləri keyfiyyətinin daha da artırılması və sığorta hadisələrinin daha operativ tənzimlənməsinə xidmət göstərəcək.”
Açılış mərasimində region rəhbəri tərəfindən sığorta məhsulu əldə edən ilk müştəriyə hədiyyə təqdim olunmuşdur.
Azərbaycanın ilk özəl sığorta şirkəti olan "Günay Sığorta" ASC-nin inkişaf tarixi 26 ili əhatə edir. "Günay Sığorta" ASC Maliyyə Nazirliyi tərəfindən verilmiş 04 sentyabr 1992-ci il tarixli 235 saylı şəhadətnamə ilə qeydiyyata alınaraq fəaliyyətə başlamışdır. "Günay Sığorta" ASC 19 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərinə xidmət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 12 saat əvvəl
-
14 saat əvvəl
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb
- 16 saat əvvəl
-
16 saat əvvəl
Tanınmış şampunlar və qabyuyan məhsulların saxtası Keşlədə istehsal olunurmuş
-
17 saat əvvəl
Bakı Fransız Liseyinin ləğv olunması haqqında qərar qəbul edilib
-
20 saat əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
20 saat əvvəl
Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur
- 20 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!
- 23 saat əvvəl
- 1 gün əvvəl