Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

"Bitcoin-in qiyməti 7-10 ildə 1 milyon dolları keçə bilər"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Bitcoin-in qiyməti 7-10 ildə 1 milyon dolları keçə bilər"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İri onlayn ödənişlər şirkəti "PayPal"ın direktorlarından Wences Casares, Bitcoin-in qiymətinin 7- 10 il ərzində 1 milyon dolları aşacağına diqqət çəkib.
 

"Marja" xəbər verir ki, eyni zamanda, fəaliyyəti kriptovalyuta ilə bağlı olan "Xapo" şirkətinin də İcraçı direktoru olan Casares, "Ikigai Asset Management"ın araşdırma platforması üçün bir məqalə yazıb.
 

Məqaləsində, Bitcoin kimi hələ yeni ortaya çıxan bir aktivə investisiya yatırmağın riskli olduğunu izah edən Casares, maraqlananaların Bitcoin-ə itirə biləcəkləri qədər sərmayə yatırmaları lazım olduğunu vurğulayıb. Ancaq Casares, Bitcoin-ə heç investisiya etməməyin də sanki məsuliyyətsizlik olacağını bildirib və əlavə edib:
 

"10 milyon dollarlıq bir portfeli olan Bitcoin-ə ən çox 100 min dollar investisiya qoymalıdır. Bitcoin uğursuz olarsa, bu portfel 3-5 ildə dəyərinin ən çox 1%-ni itirmiş olur. Bu bir çox fonda təsir etməyəcək bir nisbətdir. Ancaq Bitcoin uğurlu olarsa, 7 ilə 10 il ərzində yatırılan 100 min dollar, 25 milyon dollara yüksələ bilər. Yəni başlanğıcdakı portfeli iki dəfədən çox artıra bilər".
 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

Casares, 60 milyon istifadəçinin Bitcoin üzərində hər gün 1 milyard dollarlıq əməliyyat həyata keçirdiyini və bu səbəbdən Bitcoin-in uğur şansının çox yüksək olduğuna işarə edib.

 
Bitcoin istifadəçi sayı ilə qiymət arasında bir əlaqə olduğunu irəli sürən Casares, 1 milyon dollarlıq qiymət proqnozunu belə açıqlayıb:
 

"Bitcoin-in qiymətini "7000 dollar x Bitcoin istifadəçi sayı" modeli ilə hesablayıram. Dünyada Bitcoin sahibi olan insanların sayı 3 milyarda yüksələrsə Bitcoin-in bazar dəyəri 21 trilyon dolara (7000 dollar x 3 milyard)  çata bilər.
 

Başqa sözlə, Bitcoin proqramı yalnız 21 milyon ədəd Bitcoin istehsal edilməsinə icazə verdiyi üçün, bazar dəyəri 21 trilyona çatsa, bir Bitcoin-in qiyməti də 1 milyon dollara çatmış olur".

 

Casares bugünkü sürətlə hər gün yeni 1 milyon istifadəçinin Bitcoin sahibi olduğunu xatırladıb.

 

16.04.2019 08:48

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ