Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Neft Fondundan bu layihəyə 1,2 mlrd. dollar yönəldilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft Fondundan bu layihəyə 1,2 mlrd. dollar yönəldilib

 “Cənub Qaz Dəhlizi” QSC-nin birbaşa dövlət mülkiyyətində olan hissəsinin maliyyələşdirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2016-cı ildə 797,4 mln. manat və yaxud 495,2 mln. ABŞ dolları məbləğində vəsait İqtisadiyyat Nazirliyinin hesabına köçürülüb.

 

Reklam_3_11

Bu, Azərbaycan Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

 

Qeyd olunub ki, bu maddə üzrə icra büdcədə nəzərdə tutulana (2 355,3 mln. manat) nisbətən 33,9% təşkil edib: “Layihə üzrə Fondun büdcəsində nəzərdə tutulan vəsaitin tam icra olunmaması 2016-cı ilin mart ayında “Cənub Qaz Dəhlizi” QSC tərəfindən beynəlxalq maliyyə bazarlarında dövlət zəmanəti əsasında xarici valyutada denominasiya edilən beynəlxalq istiqrazların (avrobond) yerləşdirilməsindən diskont dəyərində 991,1 mln. dollar məbləğinin cəlb edilməsi, “Şahdəniz” layihəsində 10% payın alınması üzrə qiymətin 2-ci tranşının ödənilməsinin 2017-ci ilə təxirə salınması, TANAP və TAP layihələri üzrə bəzi xərclərin növbəti illərə keçirilməsi ilə izah olunur”.

 

Hesabata əsasən, 2014-2016-cı illər ərzində Cənub Qaz Dəhlizi layihələrində Azərbaycanın iştirak payının maliyyələşdirilməsinə ARDNF-in büdcəsi çərçivəsində ümumilikdə 1  milyard 232,1 milyon dollar yönəldilib.

 

Qeyd edək ki, Azərbaycan Prezidentinin 25 fevral 2014-cü il sərəncamı ilə "Şahdəniz" qaz-kondensat yatağının istismarının ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrinin idarə edilməsini təmin etmək məqsədilə SOCAR tərəfindən nizamnamə kapitalı 100 mln. dollar məbləğində olan və səhmlərinin 51%-i dövlət mülkiyyətində, 49%-i SOCAR-a məxsus olan "Cənub Qaz Dəhlizi" QSC təsis edilib. Sərəncamın 2.1-ci bəndi ilə Cəmiyyətin birbaşa dövlət mülkiyyətində olan səhmlərinin maliyyələşdirilməsi ARDNF-ə, dövlət mülkiyyətində olan səhmlərin sahibliyi və idarə edilməsi İqtisadiyyat Nazirliyinə tapşırılıb.

 

© Report

 

07.03.2017 08:38

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ