Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

"Azərtütün ASK"da yenidənqurma - TİKİNTİ İŞLƏRİNƏ BAŞLANILIB

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Azərtütün ASK"da yenidənqurma - TİKİNTİ İŞLƏRİNƏ BAŞLANILIB

 Şəkidə Tütün İstehsalı və Emalı Məntəqəsinin yenidən qurulur


 

Reklam_3_11

“Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci  illər üçün Dövlət Proqramı”nın uyğun maddələrindən irəli gələn tələblərin yerinə yetirilməsi məqsədi ilə Şəki rayonunun Çələbixan qəsəbəsində yerləşən Tütün İstehsalı və Emalı  Məntəqəsinin yenidən qurulması işləri həyata  keçirilir.

 

Azərbaycan Sənaye Korporasiyasından “Marja”ya daxil olmuş məlumata görə, bu məqsəd ilə Şəki Şəhər İcra Hakimiyyəti  tərəfindən bütün müvafiq qurumlardan müsbət rəy alınmaqla  mövcud  Tütün İstehsalı və Emalı  Məntəqəsi ilə yanaşı, ərazidə 0.90 ha torpaq sahəsi ayrılmış, “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin sifarişi əsasında “Azərinşaatlayihə” Dövlət Baş Layihə Konstruktor Texnoloji İnstitutu tərəfindən layihə-smeta  sənədləri hazırlanmış və obyektin eskiz layihəsi Şəki  Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmışdır.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

Layihəyə əsasən yeni yaradılacaq sahədə 30 ədəd müasir odlaqurutma kameralarının, anbar binasının, kameralaraltı platformanın, kameralar üçün talvarın, operator  otağının, pompaxananın, tutumu 150 kub metr olan 2 ədəd yanğınsöndürmə üçün su anbarının, tutumu 20 kub metr olan təsərrüfat-içməli su anbarının, istilik məntəqəsinin və çirkab su anbarının tikintisi, eləcə də çeşıdləmə sahəsinin yaradılması nəzərdə tutulmuşdur.

 

Hal-hazırda obyektdə ərazinin planlaşdırılması, mövcud yerüstü və yeraltı kommunikasiya xəttlərinin ərazidən kənarlaşdırılması, qurutma kameralarının monolit dəmir-beton özülünün quraşdırılması, hasarın 50 faizdən artıq tikintisi işləri başa çatdırılmışdır.

 

Tikintinin tam başa çatdırılma müddəti cari ilin may ayına planlaşdırılır.

 

Qeyd edək ki, "Azərtütün ASK" MMC Azərbaycan Sənaye Korporasiyasının törəmə müəssisəsidir. Hazırda “Azərtütün ASK” MMC-nin Balakən, Zaqatala, Qax və Şəki rayonlarında  qurutma kameraları, anbar və ofis binaları, tütün istehsalı məntəqələri  və bir tütün emalı zavodu fəaliyyət göstəri

16.04.2019 10:33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ