Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Moodys "Xalq Bank"ın reytinqlərini yüksəltdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Moodys "Xalq Bank"ın reytinqlərini yüksəltdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) Moody’s Investors Service beynəlxalq reytinq agentliyi ASC “Xalq” Bankının fəaliyyətinin nəticələrini təhlil edərək Bankın reytinqlərini yüksəltdi.

 

Beləliklə, Xalq Bankın yerli və xarici valyutada uzunmüddətli öhdəliklər üzrə reytinqini bir pillə yüksəldərək B2 səviyyəsində müəyyən edib və həmin reytinq üzrə proqnozu “Stabil” olaraq qiymətləndirib.

 

Agentlik Bankın kredit ödəmə qabiliyyətinin baza səviyyəsini (Baseline Credit Assessments) Сaa1-dən B3-ə yüksəldib, bu da Bank aktivlərinin keyfiyyətinin yüksəlməsi, mənfəətliliyinin artması və yüksək kapital ilə əlaqəlidir.

 

Bundan əlavə, yerli və xarici valyutada qısamüddətli və uzunmüddətli kontragent riski reytinqi (CR Assessments) B2(cr)-dən B1(cr)/Not Prime səviyyəsinədək artırılıb.

 

Bankın qısamüddətli bank depozitləri, qısamüddətli kontragent riskinin reytinqi NP səviyyəsində təsdiqlənib.

 

Moody’s ekspertləri Bankın reytinq üzrə proqnozunu “Stabil“ olaraq qiymətləndirilməsini Xalq Bankın kredit göstəricilərinin yaxın 12-18 ay ərzində dəyişməyəcəyi və eyni səviyyədə qalması ilə bağlı gözləntilər ilə əsaslandırırlar.

 

ASC Xalq Bank Moody`s Investors Service beynəlxalq reytinq agentliyi ilə 2011-ci ildən əməkdaşlıq edir.

16.04.2019 14:43

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ