Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycan sənayesinin qeyri-neft sektorunda böyük artım

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan sənayesinin qeyri-neft sektorunda böyük artım
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2019-cu ilin yanvar-mart aylarında 11,5 milyard manatlıq və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,4 faiz çox sənaye məhsulu istehsal edilmişdir. Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 15,6 faiz artmışdır.

 

Sənaye məhsulunun 71,7 faizi mədənçıxarma sektorunda, 22,9 faizi emal sektorunda, 4,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

 

Mədənçıxarma sektorunda neft hasilatı 0,4 faiz, əmtəəlik qaz hasilatı isə 36,0 faiz artmışdır.

 

Emal sektorunda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 85,6 faiz, içkilərin istehsalı 78,8 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 72,4 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 61,4 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 59,3 faiz, mebel istehsalı 58,7 faiz, əczaçılıq məhsullarının istehsalı 44,0 faiz, kağız və karton istehsalı 34,6 faiz, kimya sənayesi məhsullarının istehsalı 32,6 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 30,0 faiz, maşın və avadanlıqların istehsalı 13,2 faiz, tikinti materiallarının istehsalı 8,5 faiz, tütün məmulatlarının istehsalı 7,2 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 5,0 faiz, poliqrafiya məhsullarının istehsalı 3,3 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 2,6 faiz artmış, metallurgiya sənayesi məhsullarının istehsalı 13,9 faiz, elektrik avadanlıqlarının istehsalı 15,0 faiz, hazır metal məmulatlarının istehsalı 22,6 faiz, geyim istehsalı 28,9 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı isə 36,0 faiz azalmışdır.   

 

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 3,2 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 9,3 faiz artmışdır.

16.04.2019 14:49

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ