Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

PAŞA Bank: “Məqsədimiz şirkətlərə vəsaitlərini düzgün idarə etməkdə yardım etməkdir”

iç səhifə xəbər başlığı altı (mobil)_31
PAŞA Bank: “Məqsədimiz şirkətlərə vəsaitlərini düzgün idarə etməkdə yardım etməkdir”
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

PAŞA Bankın Korporativ bankçılıq departamentinin direktoru Fərid Quliyevin müsahibəsi:


 

-Fərid müəllim, aparılan uğurlu iqtisadi siyasət nəticəsində artıq Azərbaycanda sahibkarlıq yeni inkişaf mərhələsinə qədəm qoyub və bu istiqamətdə dövlət sahibkarlara güclü dəstək verir. Bəs sahibkarların maliyyə vəsaitlərinə əlçatanlığının təmin edilməsi və ümumilikdə sahibkalara dəstək üçün PAŞA Bank nə kimi iş görür?

 

-Heç kəsə sirr deyil ki, PAŞA Bankın fəaliyyətinin əsas hissəsi biznesə xidmət prinsipi üzərində qurulub. Bu istiqamətdə daha səmərəli və keyfiyyətli xidmət üçün bankımız Korporativ Bankçılıq, Kommersiya Bankçılığı və Kiçik və Orta Sahibkarlıq üzrə (KOS) ayrıca bank xidmətləri göstərir.

 

Bank olaraq sahibkarlara dəstəyimiz yalnız bank xidmət və məhsullarını təklif etməklə yekunlaşmır. Biz həm də müştrilərimizə maliyyə itkiləri ilə üzləşməmək və mümkün zərərlərin qarşısını vaxtında almaq üçün tövsiyələr veririk. Bunun üçün bizim biznes analitikləri kredit üçün müraciət edən şirkətlə bağlı əvvəlcə təhlil aparır və ehtiyac varsa, biznesdə dəyişikliklərin aparılması və ya həmin şirkətə kreditsiz çıxış yolu göstərilir. Bu özəlliklərimizə əsasən, PAŞA Bank-da tərkibinə səhiyyə, telekom, tikinti, ağır və yüngül sənaye, istehsal, kənd təsərrüfatı və digər sahələr daxil olan ayrı-ayrı sənaye qrupları üzrə bölgülər aparılıb və hər sektor üzrə istisaslaşmış müştəri menecerləri və kredit analitikləri var. Bu menecerlər kredit mütəxəssisi deyil, müştərinin məsləhətçiləridir və daim onlarla əlaqədə olurlar. Bu şəkildə yanaşma ilə biz ənənəvi bankçılıqdan uzaqlaşaraq müştərilərimizə onların maliyyə tərəfdaşı olduğumuzu göstəririk. Başqa sözlə, bank olaraq bizim məqsədimiz böyüyərək müəyyən səviyyəyə çatmış şirkəti daha da sağlam böyütməkdir.

 

-Bəs xidmət göstərdiyiniz şirkətlərə öz təchizatçıları və alıcıları ilə maliyyə  münasibətlərini tənzimləməkdə necə dəstək olursunuz?

 

-Bizim iri korporativ müştərilərmizin həm təchizatçıları, həm də alıcıları var. Pul dövriyyəsinin PAŞA Bank-ın daxilində qalması üçün həmin təchizatçı və alıcıları da Banka cəlb edirik. Belə olan halda iri şirkətlərin təchizatçılarına ödədiyi və alıcılarından qəbul etdiyi pulu görə bilirik. Əsas məqsəd “zənciri” birləşdirib hər bir şirkətin iş yükünü və xərclərini azaltmaqdır. Bankdaxili ödənişlərin pulsuz olduğunu və vəsaitin hesabdan hesaba dərhal köçdüyünü nəzərə alsaq, zənciri birləşdirdikdən sonra iri şirkətin təchizatçı və alıcıları həm ödəniş xərclərindən azad olaraq öz xərclərinə qənaət etmiş olurlar, həm də ödənişlərin keçirilməsində gecikmələrlə üzləşmirlər. Hər 2 şirkətin hesabı bir bankda olduğundan rahat faktorinq, akkreditiv, bank qarantiyası məhsullarından istifadə edə bilirlər.

 

-Sahibkarlara təklif etdiyiniz kredit həcmlərində hər hansı məhdudiyyət varmı?

 

Kapitalın və tənzimləyici qurumun Banka verdiyi səlahiyyətlər çərçivəsində, şirkətin maliyyə göstəricilərindən aslı olaraq biz müəyyən limiti ayırırıq. Eyni zamanda PAŞA Bank müştərilərə sindikatlaşdırılmış kreditlər və biznes üçün başqa sərfəli investisiya məhsulları təklif edir.

 

Sahibkarlar əmin ola bilərlər ki, illərin təcrübəsi və əldə etdiyimiz peşəkarlıq sayəsində iri layihələr üçün lazımi vəsaiti onlar üçün fərqli məhsullarla təmin edə bilirik. Həmçinin xüsusi ilə qeyd etmək istərdim ki, bankımız artıq bir neçə ildir ki, Azərbaycan hüdudlarından kənarda da fəaliyyətini inkişaf etdirir. Türkiyə və Gürcüstanda Azərbaycan sahibkarlarının xarici investisiyalarında və həyata keçirdikləri layihələrdə bizim aktiv iştirak payımız var. Mən fəxr hissi ilə bir daha qeyd etmək istərdim ki, bizim gənc olmasına baxmayaraq çox peşəkar və təcrübəli əməkdaşlarımız PAŞA Bankın daim inkişaf etməsi üçün çalışırlar. Qürurla deyim ki, ötən il biz Azərbaycan maliyyə bazarında ilkə imza ataraq müştərimiz üçün sindikatlaşdırılmış kredit təşkil etdik. Bundan başqa, xaricdə təşkil edilən sindikat kreditində də iştirakçı qismində çıxış etmişik.

 

-Bir qədər əvvəl qeyd etdiniz ki, bankın biznes analitikləri kredit üçün müraciət edən şirkətlə bağlı əvvəlcə təhlil aparılır. Onda demək olarmı ki, şirkət üçün təyin olunan kredit üzrə faiz dərəcələri də məhz bu cür təhlil əsasında müəyyənləşir?

 

Bəli, şirkətin maliyyə vəziyyətindən və istifadə edəcəyi məhsuldan asılı olaraq kredit faizi dəyişə bilər. Əvvəlcə şirkətin maliyyə göstəricilərini təhlil edərək risk səviyyəsini müəyyən edir və sonda maliyyə məhsulunun real dəyərini təyin edirik. Ümumiyyətlə, dayanıqlı və sağlam maliyyə sistemi qurmağa nail olmuş şirkətlər üçün risk səviyyəsi aşağı olduğundan banklar həmin şirkətlərin maliyyələşdirilməsini daha mülayim şərtlərlə həyata keçirir.

 

-Demək olar ki, PAŞA Bank sahibkarın biznesinin inkişafını ən az onun özü qədər düşünür. Bu kimi etibarlı biznes tərəfdaşlığında vacib məqamlardan biri kreditin təyinatı üzrə düzgün istifadəsidir. Buna necə nəzarət edirsiniz?

 

Krediti istehsalat məqsədilə götürərək həmin vəsaiti biznesə aidiyyatı olmayan məqsədlərə sərf etmək olmaz. Biz kreditin təyinatına ciddi nəzarət edirik. Bir məqamı da qeyd edim ki, bazar şərtlərinin dəyişməsi, yeni rəqiblərin peyda olması, şirkətin təsisçisinin və ya digər qərarverici şəxslərin dəyişilməsi kimi risklər hər zaman mövcuddur. Buna görə kredit ayrılmış şirkət müştəri meneceri tərəfindən mütəmadi təhlil olunur. Müştəri banka düzgün məlumatları təqdim etdikdən sonra müvafiq maliyyə analizlərimiz vasitəsilə riskləri tapıb onları vaxtında aradan qaldırırıq və nəticədə şirkətin böhran riski minimuma enir. Müştəri yalnız qlobal hallarda, məsələn, gözlənilməz devalvasiya nəticəsində çətin vəziyyətə düşə bilir. Lakin bu anda belə biz etibarlı tərəfdaş kimi hər zaman öz müştərilərimizin yanındayıq və əlimizdə olan maliyyə alətlərindən və artıq təcrübə nəticəsində əldə etdiyimiz ekspertizamız ilə şirkətin bu çətin dönəmdə düzgün istiqamətdə irəliləməsinə və inkişaf tempini yenidən əldə etməsinə dəstək olmağa hazırıq. Qeyd olunanları korporativ sektorda son 12 ildə əldə etdiyimiz zəngin təcrübə və kifayət qədər güclü mütəxəssislərimizə arxanalaraq vurğulayırıq.

17.04.2019 07:25

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ