Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

"Aqrolizinq”in kombaynları ilk növbədə 50 hektardan aşağı taxıl sahələrini biçəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Aqrolizinq”in kombaynları ilk növbədə 50 hektardan aşağı taxıl sahələrini biçəcək

Kənd Təsərrüfatı Nazirlyində iri taxılçılıq təsərrüfatlarının və aqroparkların nümayəndələri ilə görüş keçirilib. 

 

"Marja" nazirliyə istinadən xəbər verir ki, görüş nazir müavini İlham Quliyevin sədrliyi ilə baş tutub. 

 

Görüşdə əsasən taxıl biçininə hazırlıq, kombayn və texnikalarla təminat məsələləri müzakirə olunub. İştirakçıların diqqətinə çatdırılıb ki, builki taxıl biçinində "Aqrolizinq” ASC-nin balansında olan kombayn və texnikalar vasitəsilə ilk növbədə 50 hektardan aşağı sahəsi olan fermerlərin taxıl sahələri biçiləcək. Yalnız bundan sonra iri taxılçılıq təsərrüfatlarına xidmət göstəriləcək. Görüşdə aqropark nümayəndələrinə lizinq yolu ilə kombayn əldə etmək tövsiyə olunub.

 

Tədbirdə vurğulanıb ki, iri taxılçılıq təsərrüfatları hazırda Azərbaycanda kənd təsərrüfatı texnikasının satışı ilə bağlı mövcud olan yeni qaydalara əsasən dövlət tərəfindən 40% güzəşt tətbiq olunmaqla, 20% ilkin ödəniş əsasında, yerdə qalan hissəni isə uzunmüdətli, faizsiz kredit əsasında “Aqrolizinq” və yaxud özlərinin istədikləri təchizatçı şirkətlərdən əldə edə bilərlər.

 

Görüşün sonunda iri taxılçılıq təsərrüfatlarının təmsilçiləri ilə bu mövzu ətrafında fikir mübadiləsi aparılıb, onların sualları ətraflı cavablandırılıb. 

17.04.2019 08:34

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ