Ən yuxarı (mobil)-2_30

“Veysəloğlu”nun daha bir sosial layihəsi başa çatıb - FOTOLAR

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Veysəloğlu”nun daha bir sosial layihəsi başa çatıb - FOTOLAR

Şəhid ailələri və Qarabağ əlillərinin övladları üçün keçirilən sosial layihə başa çatıb


 

Reklam_3_11

“Veysəloğlu” şirkətlər qrupunun təşəbbüsü və təşkilatçılığı, İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi, həmçinin “Peşəyönümlü təhsilin inkişafına yardım” İctimai Birliyinin tərəfdaşlığı ilə keçirilən sosial layihə başa çatıb.

 

Belə ki, 3 ay davam edən layihədə iştirakçılara “Veb Dizayn" (saytın layihələnməsi, yaradılması və idarəedilməsi) dərsləri ödənişsiz olaraq peşəkar səviyyədə tədris olunub. “Veb dizayn” layihəsində fərqlənən tələbələrə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və “Veysəloğlu” şirkətlər qrupunun sertifikatları təqdim olunub.

 

Xatırladaq ki, “Veb dizayn” sosial layihəsində Qarabağ müharibəsində və aprel döyüşlərində şəhid olan, həmçinin əlillik dərəcəsi alan şəxslərin övladları, eyni zamanda yaxın qohumları iştirak ediblər.

 

Qeyd edək ki, “Veysəloğlu” Şirkətlər Qrupunun "Veb Dizayn" kimi kursları təşkil etməkdə məqsədi bu sahəyə marağı olan gənclərin bilik və bacarıqlarını artırmaq, peşəkar səviyyəyə çatdırmaq, habelə kursu bitirərək iş tapmalarına yardımçı olmaqdır.

17.04.2019 08:54

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ