Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

SOCAR AQŞ "Ümid" yatağında unikal qazma işləri aparıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR AQŞ  "Ümid" yatağında unikal qazma işləri aparıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Müəssisə “’Ümid’’ yatağının 1 saylı dəniz stasionar özülündən faktiki dərinliyi 6810 m olan 16 nömrəli kəşfiyyat quyusunda qazma işlərini təhlükəsiz, uğurla və keyfiyyətlə başa vurub.


 

Reklam_3_11

SOCAR AQŞ "Ümid" yatağının 1 saylı dəniz stasionar özülündən faktiki dərinliyi 6810 m olan 16 saylı quyunun tikintisi işlərini təhlükəsiz və ətraf mühitə heç bir ziyan vurmadan uğurla yekunlaşdırıb. Bu barədə "Marja"ya SOCAR AQŞ-dən bildirilib.

 

Şirkətin məlumatında qeyd edilib ki, quyu bütövlüyü nəzərə alınmaqla 16 nömrəli quyu Xəzərin Azərbaycan sektorunda qazılmış ən keyfiyyətli quyulardan biridir. Kəmərlərin layihə dərinliyinə çatdırılması, kəmərlərarxası təzyiqin olmaması və sementləmə işlərinin mükəmməl aparılması deməyə əsas verir ki, 16 nömrəli quyu ‘’Ümid’’ yatağının tarixində yeni səhifə açıb.

 

SOCAR tarixində ilk dəfə olaraq, quyu tikintisi zamanı qazma texnologiyalarında müəyyən dəyişiklik edilmiş, quyuağzı avadanlıqların yığılmaslnda yeni metodlar tətbiq edilmiş və yüksək hasilatın əldə olunması üçün  5 1/2 düymə  monobar lift boruları vasitəsilə tamamlanma işləri apaılrmışdır.

 

Müəssisənin əldə etdiyi uğurlardan biri də ‘’Ümid’’ yatağı üzrə məhsuldar horizonrtlarda lay təzyiqlərinin ölçülməsi və süxur nümunələrinin götürülməsi olmuşdu.

 

‘’Ümid’’ yatağı tarixində, ilk dəfə olaraq, SOCAR AQS yataq üzrə V horizontdan beynəlxalq standartlara cavab verən avadanlıqla 6046.5-6063.5m və 6037-6046m intervalından 100 % süxur nümunələri götürmüş, hemetik şəkildə qablaşdıraraq sifarişçiyə təhvil vermişdir.

 

Müəssisənin Geologiya şöbəsinin müdiri Sevinc Qasımova bildirib: "16 nömrəli kəşfiyyat quyusu ‘’Ümid’’ yatağın tam potensialının aşkara çıxarılmasında müstəsna rol oynayib. Əminliklə deyə bilərəm ki, 16 nömrəli quyunun keyfiyyətlə təhvil verilməsi və sifarişçi  məmnunluğunun tam yerinə yetiliməsi ‘’Ümid’’ yatağında yeni bir dövrün başlanmasına təkan verir.  Belə ki, əlavə özüllərin tikilməsi, quyuların qazılması, işlənməsi və işlənmə rejimlərinin seçilməsi, o cümlədən qaz-kondensat hasilatının mənimsənilməsi əhəmiyyətli dərəcədə artacaqdır.  Qeyd etdiklərimiz inteqrə edilmiş qazma və quyu xidmətləri göstərən müasir müəssisə olaraq, SOCAR AQŞ-nin inkişaf perspektivlərinin reallığını göstərir".

 

Qeyd edək ki, 2017-ci ilin dekabrında SOCAR AQŞ “Ümid-1’’ saylı dəniz stasionar özüldən faktiki dərinliyi 6352 m olan 14 nömrəli istismar quyusunu sifarişçi tərəfindən təyin olunmuş texnoloji parametrlər üzrə tam dəqiqliklə qazaraq uğurla təhvil vermişdir.

17.04.2019 09:03

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ