Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam-3_21

Mərkəzi Bank: Pul kütləsinin 50%-dən çoxu dövriyyədən yığılıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mərkəzi Bank: Pul kütləsinin 50%-dən çoxu dövriyyədən yığılıb

 

Azərbaycan Mərkəzi Bankı ötən il pul bazasını razılaşdırılmış hədəf səviyyəsində saxlamaq üçün aktiv olaraq izafi pul kütləsinin sterilizasiyasını (zafi pulun dövriyyədən çıxarılması) həyata keçirib.

 

2016-cı ildə maliyyə sabitliyinə dəstək çərçivəsində verilmiş vəsaitlərin 3/4-ü Mərkəzi Bank tərəfindən sterilizasiya edilib. Bu sterilizasiya əməliyyatlarının həcmi pul kütləsinin 50%-dən çoxunu təşkil edib. Bununla da izafi pul kütləsinin valyuta və əmtəə bazarlarına daxil olmasının qarşısı alınıb.

 

Bu barədə hökumətin illik hesabatında bildirilir.

 

Hesabatda bildirilir ki, "faktiki olaraq pul bazası pul siyasətinin başlıca əməliyyat lövbərinə çevrilib. Ümumilikdə, il ərzində pul bazasının artım tempi pul proqramına uyğun olub. Pul bazasının başlıca artım kanalları (pul proqramında əvvəlcədən razılaşdırılmış) maliyyə sabitliyinə dəstək, o cümlədən bank sisteminin likvidliyinin və ödənişlərin davamlılığının təmin olunması üçün verilən resurslar, bağlanan banklar üzrə əhalinin əmanətlərinin qaytarılması olub".

 

Qeyd olunub ki, 2016-cı ildə Mərkəzi Bank tərəfindən pul siyasəti qərarları inflyasiya risklərinin qiymətləndirilməsi əsasında qəbul edilib.

07.03.2017 09:16

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ