Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Azərbaycan və Belarus birgə traktor istehsalına 17 milyon dollar sərmayə qoyur

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan və Belarus birgə traktor istehsalına 17 milyon dollar sərmayə qoyur
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Türkiyənin Krıkkale şəhərində Azərbaycan – Belarus traktor istehsalı müəssisəsinin (Azerbaycan – Türkiye Üretim Birliği – ATUB) açılış mərasimi bu il iyul ayının sonunda 3 ölkənin rəhbər şəxslərinin iştirakı ilə keçiriləcək".

 

Bunu müəssisənin direktorlarından biri, azərbaycanlı Murad İsmayılov deyib.

 

O, müəssisənin fəaliyyətə başlamasını iyulun 1-nə nəzərdə tutduqlarını, bütün işləri başa çatdırandan sonra üç ölkə prezidentlərinin dəvəti ilə rəsmi açılış mərasiminin keçiriləcəyini söyləyib.

 

Üç il ərzində illik traktor istehsalını 500-dən 3000 ədədə çatdıracaqlarını bildirən müəssisə direktoru Türkiyənin traktor tələbatının illik 70 minə yaxın olduğuna görə ilk ilyarım müddətdə müəssisənin daxili ehtiyacları ödəməyə yönələcəyini, daha sonra isə xarici, xüsusilə də Afrika bazarlarına məhsul ixracına başlayacaqlarını bildirib.

 

 

“Türkiyədə bizdən əvvəl fəaliyyət göstərən kənd təsərrüfatı avadanlığı istehsalçıları ilə sərt rəqabətimiz olacaq. Lakin Belarus traktorlarının dünyada məşhur brend olduğu, həm də qiymətlə keyfiyyətin əlverişli vəhdəti nəzərə alınsa, yerli bazarda layiqli yer tutacağımıza şübhə etmirik”, – M.İsmayılov diqqətə çatdırıb. 

 

Müəssisə rəhbəri ilkin olaraq layihəyə 17 milyon ABŞ dolları həcmində sərmayə qoyulduğunu, bunun 5 milyon dollarının  xərcləndiyini vurğulayıb: "Hər iki payçı müəssisəyə bərabər həcmdə, yəni 50-50 nisbətdə sərmayə qoyub. Gəncə Avtomobil Zavodunun layihədəki payı azərbaycanlı və türk sərmayəçilərdən cəlb olunan vəsaitlər hesabına maliyyələşdirilir. 17 milyon dollar həcmində nəzərdə tutulan sərmayə müəssisənin illik istehsal gücünü 5000-7000 ədəd traktora çatdırmaq üçün sərf olunacaq. İstehsalat zəncirinə gəlincə, əsas hissələrin 70 faizi Belarusdan Gəncəyə gətirilib təkmilləşdiriləndən sonra Krıkkaleyə göndəriləcək, qalan 30 faizi isə Azərbaycanda istehsal olunacaq. Təqribən üç-dörd il sonra isə bəzi hissələrin Krıkkaledəki müəssisədə istehsalına başlanacaq”.

 

Xatırladaq ki, müəssisə Minsk Traktor Zavodu (MTZ) ilə Gəncə Avtomobil Zavodu arasında bir neçə ildir yaradılan əməkdaşlıq çərçivəsində inşa olunur. Hər iki tərəfin iştirakı ilə Türkiyə bazarı üçün “Belarus-1221” modelinin “Euro4” ekoloji standartına uyğunlaşdırılan xüsusi versiyası hazırlanıb. 

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

© Report

17.04.2019 11:17

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ