Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Sumqayıtda “KOB Dostu” fəaliyyətə başlayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sumqayıtda “KOB Dostu” fəaliyyətə başlayıb

Bu gün Sumqayıtda İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin “Kiçik və Orta Biznesin Dostu” (“KOB Dostu”) fəaliyyətə başlayıb.

AŞAĞI FAİZLƏ TƏCİLİ PUL KREDİTİ

Bu barədə “Marja”ya Nazirlikdən bildirilib.

 

Məlumata görə, bununla bağlı Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı, aidiyyəti dövlət qurumlarının və sahibkarların iştirakı ilə keçirilmiş tədbirdə Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov “KOB Dostu” konsepsiyası, kiçik və orta sahibkarlara göstərilən xidmətlər barədə məlumat verib.

 

Vurğulanıb ki, Agentlik tərəfindən hazırda yaradılmaqda olan “KOB Dostu” şəbəkəsi Azərbaycan Respublikası Prezidentinin “Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır” strateji xəttinə uyğun olaraq, dövlət-sahibkar əməkdaşlıq platforması çərçivəsində reallaşdırılan mühüm layihələrdəndir. Hazırda ölkənin 11 rayon və şəhərində 14 “KOB Dostu” fəaliyyət göstərir. KOB dostları mikro, kiçik və orta biznes subyektlərinin təşəbbüslərinin, potensial imkanlarının müəyyən edilməsi və reallaşdırılması, yeni KOB subyektlərinin yaradılması və inkişafının bütün mərhələlərində, eləcə də sahibkarların hüquqlarının müdafiəsi istiqamətində KOB-lara dəstək göstərən mexanizmdir. Sahibkarları “KOB Dostu” ilə fəal əməkdaşlığa dəvət edən Agentlik sədri 2019-cu il ərzində ölkənin digər şəhər və rayonlarında fəaliyyətə başlayacaq KOB dostları, eləcə də Agentliyin digər dəstək mexanizmləri barədə də danışıb.

 

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov özəl bölmənin inkişafı istiqamətində Sumqayıtda həyata keçirilən tədbirləri diqqətə çatdırıb, digər dövlət dəstəyi mexanizmləri kimi, “KOB Dostu”nun da sahibkarlıq fəaliyyətinin genişlənməsində və biznesə yeni başlayanlar üçün əhəmiyyətli olacağını vurğulayıb.

 

Tədbir çərçivəsində “KOB Dostu” ilə bağlı təqdimat keçirilib, fəaliyyət istiqamətləri və göstərəcəyi xidmətlər barədə məlumat verilib, sahibkarların sualları cavablandırılıb.

 

Sonra tədbir iştirakçıları Sumqayıtda Heydər Əliyev Mərkəzində yerləşən “KOB Dostu”nun ofisi ilə tanış olublar. Burada sahibkarlara Agentliyin çoxsaylı xidmətlərinin göstərilməsi üçün hər cür şərait yaradılıb, ofis lazımi avadanlıqlar və maarifləndirici materiallarla təchiz edilib. “KOB Dostu” ilə birgə ofisdə KOB könüllüləri də fəaliyyət göstərəcəkdir.

 

Tədbirdə çıxış edən sahibkarlar özəl bölmənin, xüsusilə kiçik və orta biznesin inkişafına göstərilən davamlı dəstəyə görə dövlət başçısına minnətdarlıq ediblər.

17.04.2019 15:27

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ