Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam_21

İlk rübdə Azərbaycan nə qədər minik avtomobili istehsal etdi?

iç səhifə xəbər başlığı altı (mobil)_31
İlk rübdə Azərbaycan nə qədər minik avtomobili istehsal etdi?

“Marja” Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2019-cu ilin yanvar - mart aylarında (1-ci rübdə) Azərbaycanda 283 ədəd minik avtomobili istehsal edilib (yığılıb). 2018-ci ilin Yanvar - Martında Azərbaycanda minik avtomobili istehsal edilməmişdi.


2019-cu ilin Yanvar ayında 89 ədəd, Fevralında 87 ədəd, Martında isə 107 ədəd minik avtomobili istehsal edilib. 

 

01.04.2019-cu il vəziyyətinə hazır məhsul ehtiyatı 189 ədəd təşkil edib. 01.03.2019-cu il vəziyyətinə də hazır məhsul ehtiyatı 189 ədəd təşkil etmişdi.

 

​Ötən il Azərbaycanda 969 ədəd minik avtomobili yığılmışdı. 01.01.2019-cu il vəziyyətinə hazır məhsul ehtiyatı 193 ədəd təşkil etmişdi (yığılmış avtomobillərin 20%-i).

 

2019-cu ildə Neftçaladakı “Khazar” avtomobil zavodunda 3000 avtomobil istehsalı nəzərdə tutulur. Bunu “Azərmaş” ASC-nin idarə heyətinin sədri Emin Axundov jurnalistlərə açıqlamasında deyib.

 

Azərbaycanda Naxçıvan Avtomobil Zavodu da minik avtomobilləri yığır. 
 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

Həmçinin, 2019-cu ilin Yanvar- Mart dövründə ölkəmizdə 313 ədəd traktor istehsal edilib. 2017-ci ilin yanvar-fevral dövrü ilə müqayisədə traktor istehsalı 30,3% azalıb.


Ötən il ölkəmizdə 1303 ədəd traktor istehsal edilmişdi. 

 

17.04.2019 19:17

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ