Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“MET-AK” gəlir proqnozlarını açıqlayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“MET-AK” gəlir proqnozlarını açıqlayıb

Plastik borular və fittinq istehsalçısı “MET-AK” MMC 3 il ərzində əməliyyat gəlirinin 3 milyon 820 min manat və ya 53% artaraq 2021-ci ildə 11 milyon 68 min manata qalxacağını proqnozlaşdırır.

 

“Marja” şirkətə istinadən xəbər verir ki, 2019-cu ildə əməliyyat gəlirinin 7 milyon 237 min manata, 2020-ci ildə 9 milyon 179 min manata, 2021-ci ildə isə 11 milyon 68 min manata yüksələcəyi gözlənilir.

 

2017-ci ildə 2016-cı illə müqayisədə “MET-AK” MMC-nin satışı 1,5 dəfə artaraq 28 milyon 505 min manatadan 70 milyon 601 min manata yüksəlmişdir. Həmin il şirkətin əməliyyat gəliri 5 milyon 724 min manat, xalis mənfəəti 1 milyon 408 min manat təşkil etmişdi.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

“MET-AK” MMC plastik boru və fittinq bazarında ciddi artım müşahidə olduğunu, meyvəçilikdə istifadə olunan taralara tələbatın artdığını bildirir. Məhsullar üzrə çoxsaylı sifarişlərin qəbul edilməsi növbəti illərdə gəlirlərin əsaslı şəkildə artacağına işarədir.

 

 

Xəbər verdiymiz kimi, “MET-AK” MMC-nin növbəti dəfə 3 milyon manatlıq istiqrazı dövlət qeydiyyatına alınıb. Buraxılış hər birinin nominal dəyəri 1000 AZN olan 3000 ədəd faizli, sənədsiz, adlı, təmin edilməmiş istiqrazlardan ibarətdir. İstiqrazların tədavül müddəti 1 il, illik gəlirlilik 10%-dir. Faiz gəlirinin ödəniş müddət isə 1 aydan bir (30 gün) müəyyən edilib.

18.04.2019 05:28

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ