Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam-3_21

Tam Yeni Nissan Altima 2019 artıq Azərbaycanda

iç səhifə xəbər başlığı altı (mobil)_31
Tam Yeni Nissan Altima 2019 artıq Azərbaycanda

(®) Bu günlərdə Nurgün Motors tam yeni Nissan Altima 2019 modelini ictimaiyyətə təqdim etdi.

 

Nissan Altima 2019 - dəbli və öz dəst-xəttinə malik olan bir modeldir. Sürətlə dünyanı fəth edən bu avtomobil artıq Azərbaycandadır. Yeni model daha dəbli və müasir xarici görünüşlə yanaşı texnoloji baxımdan da daha üstündür. Tam yeni Nissan Altima 2.5 litrlik 188 at güclü və 2 litrlik 248 at güclü təzyiq səviyyəsi dəyişən VC-Turbo mühərriklə, tarixində ilk dəfə adaptiv tam çəkimlə və yarım avtonom idarəetməni təmin edən ProPilot Assist sistemi ilə təchiz edilir.

 

Altima 2019 özündə əvvəlki modelin bütün üstünlüklərini qorumaqla yanaşı, sələfindən daha üstün olmağı bacarıb. Misal üçün yeni model 25 mm daha uzun və 23 mm daha enlidir. Təkər bazası da 48 mm böyüyüb. Bütün bunlar avtomobilə həm yeni görkəm, həm də yeni xarakter bəxş edir.

 

Xarici görünüş idmansayağı vurğulara malik parlaq və dəbli dizayn həlləri ilə cəlb edir, salon isə materilların yüksək keyfiyyəti ilə seçilir.

 

Dəyişən təzyiqli turbo mühərrik, tam çəkim və kamil təhlükəsizlik sistemləri Nissan Altima 2019 modelini öz seqmentində daha da cəlbedici edir. Onu da qeyd edək ki, avtomobil inanılmaz dərəcədə rahat və səssizdir.

 

Yeni Altimanın daha bir fərqli cəhəti böyük həcmdə yüksək texnologiyalı qurğuların olmasıdır. Avtomobil Apple CarPlay və Android sistemlərini dəstəkləyən sensorlu ekranla təchiz edilir. Bir toxunuşla işə düşən Bose Premium stereo sisteminin ekvalayzer tənzimləməsi də çox asandır.

 

Ətraflı məlumatı  (012) 934; (+99412) 448 38 38; 430 90 90 telefonları ilə ala bilərsiz.

Ünvanlar: Bakı şəhəri, Babək prospekti 31 və Salamzadə küçəsi 2.

18.04.2019 08:55

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ