Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

ABŞ-ın xam neft ehtiyatları azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-ın xam neft ehtiyatları azalıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ-ın kommersiya (satış məqsədli) xam neft ehtiyatları ötən həftə bir əvvəlki həftə ilə müqayisədə 1,4 milyon barrel azalıb.



TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

Reklam_3_11

 

ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədəki kommersiya xam neft ehtiyatlarının ötən həftə 1,4 milyon barrel (0,3 faiz) azalaraq 455,2 milyon barrelə gerilədiyini açıqlayıb. Bazar gözləntisi ehtiyatların 1,2 milyon barrel azalacağı istiqamətində idi. Xam neft ehtiyatları ötən həftə 7 milyon barel artım qeyd etmişdi.
 

Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları isə ötən həftə dəyişiklik göstərməyib və 649,1 milyon barreldə qalıb.
 

ABŞ-ın benzin ehtiyatları ötən həftə 1,2 milyon barrel (0,5 faiz) azalaraq 228 milyon barrelə enib. Benzin ehtiyatlarına dair bazar gözləntisi 2,1 milyon barrel azalma olacağı istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 7,7 milyon barel azalmışdı.
 

ABŞ-ın xam neft idxalı keçən həftə əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 607 min barrel azalma ilə 5,99 milyon barrelə geriləyərkən, ixracı isə gündəlik orta hesabla 52 min barel artımla 2,4 milyon barelə yüksəlib.
 
 

NEFT HASİLATI AZALIB

 

Ölkənin xam neft hasilatı keçən həftə əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 106 min barrel azalıb. İstehsal, ölkənin Alyaska ştatında 6 min barrel, digər əyalətlərdə isə cəmi 100 min barel azalıb. Beləliklə, 6-12 Aprel həftəsində ABŞ-ın xam neft istehsalı təxminən gündəlik orta hesabla 12,1 milyon barrel səviyyəsində olub, son 64 həftədə 15-inci dəfə azalma göstərmişdir.
 

EIA-nın "Aprel 2018" hesabatında, ölkənin gündəlik orta hesabla xam neft hasilatının bu il 12,4 milyon barrel, gələn il isə 13,1 milyon barrel olacağı ehtimal edilir.

18.04.2019 10:51

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ