Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Yenilik: Artıq “Masterpass” platforması “MilliKart” tərəfindən bütün bazar iştirakçılarına təqdim olunur!

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yenilik: Artıq “Masterpass” platforması “MilliKart” tərəfindən bütün bazar iştirakçılarına təqdim olunur!
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) “MilliKart” prosessinq mərkəzi asan, təhlükəsiz və rahat onlayn alış-verişi təmin edən, “Mastercard” şirkətinin hazırda dünyanın 50-dən çox ölkəsində istifadə olunan “Masterpass” rəqəmsal ödəniş platformasının tətbiqinə başlamışdır.

 

“Masterpass” ödəmə operatorları, elektron cüzdanlar və onlayn mağazalarla inteqrasiya edilməklə alış-veriş zamanı müştərilərə hər dəfə kart məlumatlarının daxil edilməsini tələb etməyən, kart sahibinin telefon nömrəsi ilə əlaqələndirilərək kart məlumatlarının təhlükəsiz qaydada yadda saxlanılmasını təmin edən yeganə qlobal platformadır. Müştərilər yalnız bir dəfə qeydiyyatdan keçməklə bir sonrakı alış-verişlərdə ödənişin aparılması və malların çatdırılması prosesini təkrarlamamaq imkanını əldə edirlər. “Masterpass” platformasında bir telefon nömrəsinə müxtəlif bankların bir neçə həm “Mastercard”, həm də “VISA” şirkətlərinin debit və kredit kartlarını əlavə etmək mümkündür. Eyni zamanda, platforma çərçivəsində hər hansı cihazlardan, əməliyyat sistemlərindən və brauzerlərdən istifadəyə məhdudiyyət qoyulmur.

 

“Masterpass” platformasının əsas üstünlüklərindən biri də ondan ibarətdir ki, kartı bir dəfə qeydiyyatdan keçirməklə bu xidmətə qoşulmuş istənilən ödəmə operatorları, elektron cüzdanları və onlayn mağazalarının təqdim etdiyi iş, mal və xidmətlər üzrə ödənişləri sadəcə ödəniş aparılacaq kartı seçməklə etmək mümkündür.

 

“MilliKart” öz strategiyasına sadiq qalaraq, ölkədə nağdsız ödənişlərin inkişafında yaxından iştirak edir və bu istiqamətdə bazar iştirakçılarına yeni xidmət və məhsulları təqdim etməklə yanaşı, mövcud xidmətlərin təkmilləşdirilməsi üzrə də daim işlər aparır.

18.04.2019 11:13

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ