Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Cahangir Əsgərov: Çinə yeni reyslər açmağı planlaşdırırıq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Cahangir Əsgərov: Çinə yeni reyslər açmağı planlaşdırırıq

Quançjounun Ticarət-Sənaye Palatasının (TSP) dəvəti ilə AZAL prezidenti Cahangir Əsgərov Quançjou (Çin) şəhərində keçirilən “Canton Fair” ticarət-sənaye sərgisinin açılışında iştirak etmişdir.

 

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, 1957-ci ildə əsası qoyulan “Canton Fair” sərgisi (həmçinin Çin idxal və ixrac malları yarmarkası kimi tanınır) dünyaca məşhur çoxprofilli sərgidir. Bu sərgini həmçinin Çin sənayesinin əsas vitrini adlandırırlar.

 

O, ildə iki dəfə - yazda və payızda keçirilir. Bu il sayca 125-ci yarmarka aprelin 15-dən mayın 5-dək keçirilir və onun sərgi pavilyonlarının ümumi sahəsi 1200000 kvadrat metr təşkil edir.

 

Bütün dünyadan və demək olar ki, Çinin bütün əyalət və şəhərlərindən olan istehsalçılar və tədarükçülər yüz min adda məhsul təqdim edirlər. Bu sərgidə ümumilikdə 25 mindən çox şirkət iştirak edir.

 

“Canton Fair” sərgisində bütün çin ixracının illik həcminin onda bir hissəsini təşkil edən sövdələşmələrin ən böyük həcmi və dövriyyəsi həyata keçirilir.

           

“Canton Fair” sərgisi Azərbaycandan da olmaqla getdikcə daha çox sayda sahibkarları cəlb edir.

 

“Sürətlə böyüyən Çin bazarı Azərbaycan sahibkarları üçün çox cəlbedicidir. Bununla əlaqədar olaraq, biz gələcəkdə Çini daha əlçətan etməyi və bu ölkəyə yeni reyslər açmağı planlaşdırırıq”, – deyə Cahangir Əsgərov bildirmişdir.

 

Hazırda Azərbaycanın Milli aviadaşıyıcısı AZAL Pekinə birbaşa uçuşlar, “Silk Way” yük aviaşirkəti isə Çinin Çjençjou və Şanxay şəhərlərinə birbaşa reyslər yerinə yetirir.

 

18.04.2019 14:40

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ