Azərbaycana qaz dollarlarının daxil olması kəskin artıb

2019-cu ilin 1-ci rübü ərzində (yanvar-mart) Azərbaycandan 425 milyon 389 min dollar dəyərində 2 milyard 971 milyon kub metr təbii qaz ixrac edilib. 

 

"Marja" xəbər verir ki, Dövlət Gömrük Komitəsinin aylıq statistikasına əsasən, bu ilin yanvar-mart ayları ərzində ixrac edilən təbii qazın miqdarı ötən ilin müvafiq dövründəkindən 3,2 dəfə, dəyəri isə 2,5 dəfə çoxdur.

 

2018-ci ilin 1-ci rübündə Azərbaycandan 168 milyon 372 min dollar dəyərində 938 milyon 931 min kub metr qaz ixrac edilmişdi. 

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

Hesabat dövründə təbii qazın Azərbaycanın ümumi ixracında payı 9,49% olub.

18 Aprel 2019 , 16:48   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin