Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Dövlət və hökumət başçıları Caspian Energy Forum – 2017-nin iştiakçılarına video müraciət göndəriblər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dövlət və hökumət başçıları Caspian Energy Forum – 2017-nin iştiakçılarına video müraciət göndəriblər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

Bir neçə dövlət və hökumət başçısı 4-cü Beynəlxalq Caspian Energy Forum – 2017-nin iştirakçılarına video müraciət ünvanlayıb və Caspian European Club-u (Caspian Business Club) 15 illik yubiley münasibətilə təbrik edib. Bu barədə Caspian European Club-un (Caspian Business Club) və Caspian American Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

Reklam_3_11

 

Telman Əliyevin sözlərinə görə, “onlardan bəziləri 4-cü Beynəlxalq Caspian Energy Forum – 2017-nin işində iştirak etmək üçün özləri Azərbaycana gəlməyi və ya nümayəndələrini göndərməyi planlaşdırırlar”.

 

O qeyd edib ki, Caspian Energy Forum – 2017-də həmçinin avrokomissarlar, Azərbaycan, Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət strukturlarının, nazirlik, komitə və qurumlarının başçıları, Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələri, eləcə də nəhəng beynəlxalq şirkət rəhbərləri qatılacaqlar. Ümumilikdə forumun işində dünyanın 50 ölkəsindən olan 500 deleqat iştirak edəcək. 

 

4-cü Beynəlxalq Caspian Energy Forum – 2017-nin sponsoru “R.İ.S.K.” Elmi-İstehsalat Şirkəti, partnyorları “Asia Express & OCS, DSV”, “Azpetrol Ltd.” ASC və SİNAM-dır.

 

Deleqatların Caspian Energy Forum-da qeydiyyatı http://caspianenergyforum.com/index.php/en/registration linki vasitəsilə mümkündür.

 

Forum üç sessiyadan ibarət olacaq. Birinci sessiya həyata keçirilən iqtisadi islahatların ilkin nəticələrinə həsr olunacaq. İkinci sessiya Xəzər regionu dövlətlərinin neft-qaz və enerji sektorunun inkişafı, üçüncü sessiya isə qeyri-neft sektorunda (maliyyə, nəqliyyat, İKT, aqrosənaye və turizm) həyata keçirilən layihələr və onların dünya bazarlarında irəliləyişi mövzusunu əhatə edəcək.

 

Caspian European Club (Caspian Business Club) 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyilə yaradılıb. Caspian European Club-un (Caspian Business Club) Sədri Azərbaycan Respublikası Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir. 

 

Təsis olunduğu ilk gündən Caspian European Club (Caspian Business Club) neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına cəlb edilməsinə kömək edir. Sıralarında 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club (Caspian Business Club) dünyanın 50 ölkəsində fəaliyyət göstərir və dövlət qurumları ilə özəl sektor arasında dialoqa dəstək istiqamətində fəal iş aparır.

07.03.2017 11:02

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ