Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycan şirkətləri Qətərdə razılıq əldə ediblər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan şirkətləri Qətərdə razılıq əldə ediblər

"Made in Azerbaijan” brendinin təşviqi, qeyri-neft məhsullarının xarici bazarlarda təbliği məqsədi ilə 12-16 aprel tarixlərində Qətərə təşkil olunmuş ixrac missiyası başa çatıb. 

 

Bu barədə "Marja"ya İqtisadiyyat Nazirliyindən bildirilib. 

 

Məlumata görə, Nazirliyin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə təşkil edilən ixrac missiyasında qida, tekstil, və tikinti məhsullarının istehsalı, habelə turizm sahəsində fəaliyyət göstərən 25 Azərbaycan şirkəti iştirak edib.

 

İxrac missiyasına daxil olan Azərbaycan şirkətləri ilə Qətərdən olan həmkarları arasında məhsulların satışının artırılması istiqamətində danışıqlar aparılıb, razılıqlar əldə olunub. Belə ki, Azərbaycanın İDEA şirkəti Qətərin “Seven Continents Enterprises”, “Zebrano Wood Works”, “Redco Construction Alamana” şirkətləri ilə istehsal etdiyi məhsulun ixracına dair razılıq əldə ediblər.

 

Bundan başqa, Azərbaycanın FARKO, “Delta Group C.O.”, APİAZ, “Brightman BMC” və “Azertexnolayn” şirkətləri istehsal etdikləri məhsulların Qətərə ixracına dair ilkin razılığa gəliblər. 

 

Missiya çərçivəsində iki ölkənin turizm şirkətləri əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparıblar.

18.04.2019 16:00

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ