Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Kanada şirkəti tezliklə Azərbaycanda əməliyyata başlayacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kanada şirkəti tezliklə Azərbaycanda əməliyyata başlayacaq

Azərbaycanın quruda yerləşən "Muradxanlı-Cəfərli-Zərdab” neft yataqları blokunun işlənməsi ilə məşğul olan Kanadanın “Zenith Energy” şirkəti tezliklə yeni BD-260 qazma qurğusundan “Cəfərli” yatağındakı C-37 quyusunda qazma əməliyyatına başlayacaq.

 

Bunu “Zenith Energy” şirkətinin baş icraçı direktoru və prezidenti Andrea Kattaneo“Total Market Solutions”a müsahibəsində bildirib.

 

O qeyd edib ki, payızda yataqdakı C-40 quyusunda dərin qazma işləri aparılacaq. Onun sözlərinə görə, hər iki quyunun yaxşı imkanları var.

 

A.Kattaneo bildirib ki, tələbə uyğun olaraq şirkət  yeni qazma qurğuları ala bilər.

 

Qeyd edək ki, "Muradxanlı-Cəfərli-Zərdab” neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında (PSA) saziş 2016-cı il martın 16-da Bakıda SOCAR və “Zenith Aran Oil Company Ltd.” şirkətləri arasında imzalanıb. Saziş Azərbaycan Milli Məclisi tərəfindən iyunun 14-də ratifikasiya olunub. Yataqlardan hasilat avqustun 11-də başlanıb.

AŞAĞI FAİZLƏ TƏCİLİ PUL KREDİTİ

“Zenith” şirkəti 80%-lik, bütünlükdə SOCAR-a məxsus ortaq neft şirkəti isə 20%-lik iştirak payına malikdir. Saziş 25 il müddətində qüvvədə olacaq, sazişin əlavə olaraq 5 il uzadılması ehtimalı da nəzərə alınıb. Yataqların ümumi sahəsi 642,4 kv. km ərazini əhatə edir.

 

© Report

18.04.2019 16:27

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ