Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Bu mənim prezidentliyimin sonudur"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Bu mənim prezidentliyimin sonudur"

Rusiya istintaqına 2017-ci ilin May ayında xüsusi səlahiyyətli prokuror olaraq Robert Muellerın təyin olunduğunu öyrənən ABŞ Prezidenti Donald Trampın, "Bu mənim prezidentliyimin sonudur",  dediyi ortaya çıxıb.

 

"Marja" xəbər veri ki, xüsusi səlahiyyətli prokuror  Muellerın ictimaiyyətə açıqladığı istintaq hesabatı, ABŞ Prezidenti Donald Trampın Muellerın göndərməsini öyrəndikdə çox qorxduğunu ortaya qoyub.
 

ABŞ Ədliyyə Nazirliyinin internet səhifəsində dərc olunan təxminən 400 səhifəlik hesabatda,
Trampın, 2017-ci ilin May ayında xüsusi səlahiyyətli prokuror olaraq Muellerın təyin edildiyini öyrəndikdə, "Aman Tanrım. Bu, çox pisdir. Bu mənim prezidentliyimin sonudur. Bitdim. Bu istintaq illərlə davam edər və mən heç bir şey edə bilmərəm. Bu, başıma gələn ən pis şeydir", ifadələrini istifadə etdiyi qeyd edilib.
 

Həmçinin hesabatda, Trampın, dövrün ABŞ Ədliyyə naziri Jeff Sessionsa da bu məsələdə çox reaksiya göstərdiyi və "Bunun olmasına necə icazə verərsən Jeff? Sənin vəzifən məni qorumaq deyilmi?", -şəklində məzəmmət etdiyi qeyd edilib.

 

ABŞ Ədliyyə naziri William Barr, dünən səhər saatlarında verdiyi açıqlamada, Muellerın, "ABŞ Prezidenti Trump və ya onun seçki qrupu ilə ruslar arasında gizli iş birliyi aparıldığına dair dəlil olmadığı" nəticəsinə gəldiyini bildirmişdir.

19.04.2019 07:48

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ