Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Almaniya universitetinin müəllim və tələbə heyəti “Ulduz” Şokolad Fabrikində qonaq olublar

iç səhifə xəbər başlığı altı (mobil)_31
Almaniya universitetinin müəllim və tələbə heyəti “Ulduz” Şokolad Fabrikində qonaq olublar

Almaniyanın  Siegen Universitetinin müəllim və tələbə heyəti 17 aprel tarixində Azərbaycanda kiçik və orta sahibkarlıq mövzusunun araşdırılması məqsədilə Ulduz Şokolad Fabrikinə səfər edib.

 

Reklam_3_11

Fabrikdə baş tutan görüşün məqsədi  Azərbaycan Dövlət İqtisad Universiteti ilə Siegen Universiteti arasında  tələbə və təhsil təcrübəsinin  mübadiləsini nəzərdə tutan “EE-KEY-AZ Sahibkarlıq təhsili: Azərbaycanda iş yerlərinin yaradılması və məşğulluğun əsas amili kimi” (EE-KEY-AZ Entrepreneurship Education: a Key to Job Creation and Employability in Azerbaijan) layihəsinə dəstək göstərmək olub.

 

Tədbirin açılışını edən “Ulduz” Şokolad Fabrikinin İctimaiyyətlə Əlaqələr bölməsinin müdiri Afaq İbrahimova qonaqları salamlayaraq, onlara və İqtisad Universitetinin nümayəndələrinə  sözügedən mövzunun araşdırılması üçün məhz Ulduz Şokolad Fabrikini seçdiklərinə görə təşəkkürlərini bildirib. Ardınca fabrikin tarixi, fabrikdə istehsal olunan məhsullar və s. haqqında qonaqlara ətraflı məlumat verilib, daha sonra isə onlara istehsalat sahəsi göstərilib. İstehsal prosesini yaxından, həmçinin ilkin mərhələdən sona qədər müşahidə edə bilən alman qonaqlar proseslərin standartlara uyğunluğundan, eyni zamanda şəffaflığından duyduqları heyranlığı gizlətməyiblər. İnteraktiv şəkildə keçən görüşdə tələbə və müəllimlərin istehsalat, məhsulların hazırlanması, dadım prosesi və s. kimi sualları ətraflı şəkildə cavablandırılıb.

 

Görüşün davamında Siegen Universitetinin Ailə Biznesi və Sahibkarlıq Kafedrasının müdiri Petra Mug, həmçinin ADİU-nun Beynəlxalq Əməkdaşlıq Departamentinin Xarici Əlaqələr Şöbəsinin müdiri vəzifəsini icra edən Afət Ələkbərova fabrikə  universitet və tələbələr adından təşəkkürlərini bildirib, məlumatlandırma tədbirinin yüksək səviyyədə təşkil olunduğuna görə xüsusi minnətdarlıqlarını ifadə ediblər.

 

Sonda qonaqlarla birlikdə xatirə şəkli çəkdirilib, onlara Ulduz Şokolad Fabriki adından hədiyyələr təqdim olunub.

 

Qeyd olunmalıdır ki, Ulduz Şokolad Fabrikində “Açıq qapı” siyasəti həyata keçirilir və maraqlanan hər kəs, fərdi və ya qrup şəklində fabrikə səfər edə, istehsalat prosesini yaxından görə bilər.

19.04.2019 08:43

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ