Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Bazarda ilk idi, amma rəqabətdə məğlub oldu - BAĞLANIR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bazarda ilk idi, amma rəqabətdə məğlub oldu - BAĞLANIR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ani mesajlaşma proqramı Blackberry Messenger (BBM) tarix olur. BBM-ni 31 May 2019-da bağlayacağını açıqlayan "BlackBerry" şirkəti, qəmgin açıqlaması ilə bir dövrün sona çatdığını elan etdi: "BBM yolun sonuna çatdı. Ümid edirik ki, bizə dair anlarınızı unutmazsınız"


 

Reklam_3_11

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

WhatsApp, Facebook Messenger, Telegram kimi proqramlarr həyatımızda yox ikən çox geniş istifadə edilən, ani mesajlaşma tarixinə imza atan BlackBerry Messenger (BBM) bağlanır. BlackBerry şirkəti, mesajlaşma proqramını 31 May 2019-da istifadəyə bağlayacağını açıqlayıb.
 

"Marja" xəbər verir ki, BlackBerry-dən verilən açıqlamada, "Bu gün, 31 May 2019-da BBM-ni  bağlayacağımızı elan edirik. Bu günə qədər etdiklərimizdən qürur duyuruq. Ancaq böyük səylərimizə baxmayaraq, istifadəçilər digər platformalara keçdi, yeni istifadəçiləri cəlb etməkdə çətinlik çəkdik. "Salamat qalın" demək üçün təəssüflənməyimizə baxmayaraq, BBM yolun sonuna çatdı. Dəstəyiniz üçün minnətdarıq. Hər kəsə, xüsusilə istifadəçilərə, tərəfdaşlarımıza və çalışanlarımıza təşəkkür edirik. Ümid edirik ki, bizə dair anlarınızı unutmazsınız", - deyilir. 
 

İLK İDİ, AMMA RƏQABƏTƏ MƏĞLUB OLDU
 

Hələ ilk iPhone bazarda olmayan vaxt, 1 Avqust 2005-ci il tarixində istifadəyə təqdim olunan BBM, Blackberry markalı ağıllı telefonlar ilə bərabər iPhone və Android telefonlarda da istifadə edilirdi.
 

Əvvəl sensor ekranlı ağıllı telefonlar ilə rəqabət edə bilməyən BlackBerry, bu son qərarla indi də ən güclü tərəfi olaraq görülən mesajlaşmadan da çəkilir. 2009-da Whatsapp-ın, 2011-də Facebook Messenger-nin, 2013-cü ildə də Telegram-ın istifadəyə verilməsilə BlackBerry Messenger bazardakı yerini itirdi.

19.04.2019 10:31

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ