Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

“Premium Bank”ın əməliyyat mənfəəti 3 dəfədən çox artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Premium Bank”ın əməliyyat mənfəəti 3 dəfədən çox artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Premium Bank” ASC 2019-cu ilin 1-ci rübünü 3 milyon 15 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, Bank 2018-ci ilin 1-ci rübünü 11 milyon 679 min manat xalis mənfəətlə bağlamışdı. Beləliklə, “Premium Bank”ın xalis mənfəəti 3,9 dəfə azalıb. 

 

Reklam_3_11

“Marja” Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2019-cu ilin yanvar-mart dövründə “Premium Bank”ın cəmi gəlirləri 17 milyon 374 min manat, cəmi xərcləri isə cəmi xərcləri isə 12 milyon 249 min manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən bankın 5 milyon 125 min manat əməliyyat mənfəəti yaranıb, bu 2018-ci ilin eyni dövrü ilə müqayisədə 3,2 dəfə çoxdur. Əməliyyat mənfəətinin 2 milyon 771 min manatı aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayrıldığından “Premium Bank” 3 milyon 15 min manat xalis mənfəət əldə edib.

 

ÖTƏN İLİN İLK RÜBÜNDƏ XALİS MƏNFƏƏT EHTİYATDAN AZDOLMAYA GÖRƏ ÇOX OLMUŞDU

 

2018-ci ilin yanvar-mart dövründə “Premium Bank”ın cəmi gəlirləri 11 milyon 553 min manat, cəmi xərcləri 9 milyon 943 min manat, əməliyyat mənfəəti 1 milyon 610 min manat təşkil etmişdi. Həmin dövrdə əvvəlki illər ehtimal olunan depozit və kredit itkiləri üçün yaradılan ehtiyatın 10 milyon 69 min manatı azad olduğundan və gəlirə əlavə edildiyindən Bankın xalis mənfəəti 11 milyon 679 min manat təşkil etmişdi.

 

Önəmli olan Bankın əməliyyat mənfəətinin artmasıdır. Bu artım, Bankın faiz və qeyri-faiz gəlirlərinin arması ilə bağlıdır. “Premium Bank”ın faiz gəlirləri 2018-ci ilin ilk rübündə 7 milyon 445 min manat ikən, 2019-cu ilin ilk rübündə 10 milyon 948 min manat təşkil edib. Qeyri-faiz gəlirləri isə 4 milyon 539 min manatdan 6 milyon 426 min manata yüksəlib.

 

KREDİT PORTFELİ ARTIB

 

İlk 3 ay ərzində "Premium Bank"ın müştərilərə verdiyi kreditlər 5 milyon 104 min manat artaraq 589 milyon 700 min manata çatıb.


BANK BÖYÜYÜB

 

31 Mart 2019-cu il tarixində "Premium Bank" 654 milyon 123 min manat cəmi aktivlərə, 516 milyon 815 min manat cəmi öhdəliklərə və 137 milyon 309 min manat cəmi balans kapitalına malik olub.


31 Dekabr 2018-ci  il tarixində "Premium Bank" 646 milyon 284 min manat cəmi aktivlərə, 511 milyon 557 min manat cəmi öhdəliklərə və 134 milyon 727  min manat cəmi balans kapitalına malik idi. 

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

19.04.2019 11:58

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ