24/7 xidmət göstərən “Elektron şöbə” – valyuta dəyişmək imkanı

iç səhifə xəbər başlığı altı (mobil)_31
24/7  xidmət göstərən “Elektron şöbə” – valyuta dəyişmək imkanı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Bank Silk Way” 24/7 rejimində xidmət göstərən "Elektron şöbə" istifadəyə verib.

 

"Marja" xəbər verir ki, müştərilərin rahatlığını təmin etmək məqsədi ilə yaradılan "Elektron şöbə" paytaxtın Yasamal rayonunda Əbdürrəhim bəy Haqverdiyev küçəsi, 74A ünvanında yerləşir (Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən yuxarı tərəfdə).

 

Həftənin 7 günü, günün 24 saatı ərzində xidmət göstərən “Elektron şöbə”sində cash-in bankomatları və avtomatik valyutadəyişmə terminalları müştərilərin ixtiyarındadır. Şöbədə vəsaitin karta mədaxil olunması (cash-in) və vəsaitin nağdlaşdırılması üzrə əməliyyatlar aparmaq mümkündür. “Cash-in” əməliyyatı üzrə 1 dəfəyə karta maksimum 50 ədəd əsginas mədaxil etmək olar.

 

Avtomatik valyutadəyişmə terminallarında AZN,USD valyutaları qəbul edilir, bunun müqabilində isə AZN,USD valyutasında əskinasları almaq mümkündür. Qeyd edilən ünvanda, həmçinin ödəniş terminalları da quraşdırılıb. Ödəniş terminalları vasitəsilə müştərilər kredit və kommunal xidmət ödənişlərini də həyata keçirə bilərlər.

 

Qeyd edək ki, bundan sonra da şəhərin mərkəzində həftənin 7 günü, günün 24 saatı ərzində xidmət göstərən "Elektron şöbə"lər açılıb istifadəyə veriləcək.

07.03.2017 11:34

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ