Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Ənənəvi turnirin püşkü atılıb: İki debütant, üç qrup

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ənənəvi turnirin püşkü atılıb: İki debütant, üç qrup
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

® AtaBank” ASC-nin  dəstəyi ilə “GNI”, “PMD”, “AtaHolding”, “AFAM” və “Synergy” Şirkətlər  Qrupunun əməkdaşları arasında Ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə həsr olunan mini-futbol yarışının püşkatma mərasimi keçirilib. 

 

“AtaBank” ASC-nin “Dostluq” filialının konfrans zalında təşkil edilən tədbirdə 12 komanda 3 qrupa bölünüb. Qruplarda 1-ci və 2-ci yerləri tutacaq, həmçinin 3-cü yerdə qərarlaşacaq ən yaxşı 2 komanda 1/4 finala vəsiqə qazanacaq. Bu mərhələnin qalibləri yarımfinal, 3-cü yer və final mərhələsində iştirak edəcəklər.

 

Qruplara və komandaların gücünə nəzər saldıqda, matçların kifayət qədər gərgin keçəcəyini əvvəlcədən də proqnozlaşdırmaq mümkündür. Bu siyahıda A qrupunu xüsusi vurğulamaq yerinə düşər. Ötən il titulunu təhvil verib, bürünc medalla kifayətlənən MXD “dördlüy”ün favoriti hesab edilsə də, işi heç də asan olmayacaq. Onları turnirin daimi iştirakçıları “Gobustone” və VTB ilə gərgin görüşlər gözləyir. MXD-nin əlinə qisas üçün gözəl şans da düşüb. Yarışın debütantı olan və həmişə biri-birlərindən “işləri keçən” GNİ da onlara rəqib olub. Müştəri Xidmətləri Departamenti bu səbəbdən bank sisteminə nəzarət edən komanda ilə görüşə xüsusi motivasiya ilə çıxacaq desək, yanılmarıq. Onların ən azı müştərilərin sözlərini rəqiblərinə meydanda “çatdıracaqlarını” da proqnozlaşdırmaq mümkündür.

 

B qrupunda “Synergy Group”, “First United”, “Cybernet” və “Region” komandaları növbəti mərhələ üçün yarışacaq. Ötən il finalda uduzan “Synergy Group”un rəqiblərinə başağrısı olacağı gözlənilir. Çünki son mövsümdəki “gümüş”ü “qızıl”a dəyişmək arzusunda olan komanda istəyini reallaşdırmaq üçün startda öz gücünü göstərməlidir. Amma digər klubların da sonadək döyüşəcəkləri sözsüzdür. Həmişə əzmkar oyunu ilə fərqlənən və son ildə də eyni qrupda yer alan “First United” və “Cybernet” də liderlik üçün meydana çıxacaq. “Region”un da sensasiya etməsi istisna deyil. Çünki ötən il bu komanda da “First United” və “Cybernet”lə eyni “dördlük”də yer almışdı və onların oyununa bələddirlər.

 

Yeddi dəfə keçirilən turnirin dördqat qalibi “No Name” isə son ildəki kimi, yenə C qrupundadır. Püşk bu dəfə də onların bəxtinə AFAM Group-u salıb. “Adsız komanda”nın digər rəqibləri isə “AtaSığorta” və debütant POLİQRAFAZ-dır. Qrup oyunlarının “No Name” üçün çətin keçəcəyi gözlənilmir. Çünki təcrübəlilərdən təşkil olunan komanda 8-ci dəfə baş tutan yarışın da əsas favoritlərindəndir. Bu səbəbdən onların rəqiblərinə böyükhesabla qalib gələcəkləri proqnozlaşdırılır. Digər komandalar isə növbəti mərhələ şanslarını arayacaqlar. Bu sırada “AtaSığorta”nın daha güclü olduğunu nəzərə alsaq, üçüncülük mübarizəsi AFAM Group-la POLİQRAFAZ arasında gedəcək.

 

A qrupu

MXD

“Gobustone”

VTB

GNİ

 

B qrupu

“Synergy Group”

“First United”

“Cybernet”

“Region”

 

C qrupu

“No Name”

AFAM Group

POLİQRAFAZ

“AtaSığorta”

 

1/4 final

1. A1 - C2

2. A2 - B2

3. C1 – B3/A3

4. B1 - A3/C3

 

1/2 final

 

1-ci cütünün qalibi – 3-cü cütünün qalibi

4-cü cütünün qalibi – 2-ci cütünün qalibi

 

Üçüncü yer uğrunda

Yarımfinalların məğlubları

 

FİNAL

 

Qeyd edək ki, çempionata aprelin 27-də start veriləcək. AzFar stadionunda (Tennis akademiyası ilə üzbəüz) təşkil olunacaq yarış AFFA-nın hakimlər briqadası tərəfindən idarə ediləcək.

 

Turnirdə çempiona 5000, 2-ci yeri tutacaq komandaya 4000, 3-cü pillənin sahibinə 3000 manat pul mükafatı veriləcək. Həmçinin turnirin ən yaxşıları da hədiyyəsiz qalmayacaqlar. Yarışın ən yaxşı oyunçusu, bombardiri və qapıçısı hərəyə 500 manatla mükafatlandırılacaq.

19.04.2019 13:16

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ