Bakıda İran Ticarət Mərkəzi açılıb
Aprelin 19-da Bakıda İran Ticarət Mərkəzinin açılışı olub.
Mərkəzin açılış mərasimində İran İslam Respublikasının sənaye, mədən və ticarət naziri Reza Rəhmaninin başçılıq etdiyi nümayəndə heyəti və iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov iştirak ediblər.
İran-Azərbaycan Palatasının sədri Hüseyn Pirmüəzzin bildirib ki, İran Ticarət Mərkəzinin açılmasında əsas məqsəd iranlı biznes və iş adamlarının Azərbaycanda sərmayə qoyuluşuna cəlb etməkdir.
Bundan başqa, Bakıda və Azərbaycanın digər regionlarında ofis açmaq istəyən iranlı sahibkarlar üçün də mərkəz tərəfindən hər cür şərait yaradılacaq.
Qeyd olunub ki, belə bir mərkəzin Bakıda fəaliyyət göstərməsi hər iki ölkə arasındakı iqtisadi əməkdaşlığa güclü təkan verəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 14 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
18 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 18 saat əvvəl
-
18 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
19 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 20 saat əvvəl
-
20 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 21 saat əvvəl