Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycanın alkoqollu içkilər şirkətinin "təmiz gəliri" artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın alkoqollu içkilər şirkətinin "təmiz gəliri" artıb

“Bakı Şərab-1” ATSC 2018-ci ili 227 min manat xalis mənfəət ilə başa vurub. Bu, 2017-ci illə müqayisədə 3,5 dəfə döxdur.  “Bakı Şərab-1” 2017-ci ili 64 min manat xalis mənfəətlə bağlamışdı.

 

“Marja” şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2017-ci illə müqayisədə 2018-ci ildə “Bakı Şərab-1”in satışdan gəliri (əsas əməliyyat gəliri) 3,7% azalaraq 2 milyon 549 min manata düşüb. 2017-ci ildə satış gəliri 2 milyon 646 min manat təşkil etmişdi.

 

“Bakı Şərab-1”in satışa çəkdiyi xərclər (satışın maya dəyəri) isə 11% azalaraq 2 milyon 288 min manata düşüb. Xərclərin gəlirlərdən daha çox azalması ümumi mənfəətin daha çox olmasını təmin edib. 2017-ci ildə 74 min manat olmuş ümumi mənfəət 2018-ci ildə 261 min manata yüksəlib. Qısası, “Bakı Şərab-1”in xalis mənfəətinin artması xərclərin azalması ilə bağlıdır.

 

Ötən ilin yekunları üzrə 1 səhmə təxminən 20 qəpik mənfəət düşüb. 2017-ci ildə bu məbləğ təxminən 6 qəpik idi.

 

31 Dekabr 2018-ci ildə “Bakı Şərab-1” 3 milyon 676 min manat cəmi aktivlərə malik olub. 2017-ci ilin sonunda ATSC 3 milyon 231 min manat cəmi aktivlərə malik idi. Ötən il “Bakı Şərab-1”də qısamüddətli debitor borclar 350 min manat artaraq 1 milyon 402 min manata çatıb. Şərəb istehsalçısının qısamüddətli kreditor borcları isə 196 min manat artaraq 352 min manata yüksəlib.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

Bakı şəhəri, H.Əliyev prospekti 104 ünvanında fəaliyyət göstərən “Bakı Şərab-1” ATSC alkoqollu içkilər istehsal edir.  “Zolotoye koltso”, “Vodka N1”, Pşeniçnaya rosa”, “İmperial” və “İmperium” ATSC-nin əsas ticarət markalarıdır.

20.04.2019 07:01

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ