Azərbaycanın alkoqollu içkilər şirkətinin "təmiz gəliri" artıb
“Bakı Şərab-1” ATSC 2018-ci ili 227 min manat xalis mənfəət ilə başa vurub. Bu, 2017-ci illə müqayisədə 3,5 dəfə döxdur. “Bakı Şərab-1” 2017-ci ili 64 min manat xalis mənfəətlə bağlamışdı.
“Marja” şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2017-ci illə müqayisədə 2018-ci ildə “Bakı Şərab-1”in satışdan gəliri (əsas əməliyyat gəliri) 3,7% azalaraq 2 milyon 549 min manata düşüb. 2017-ci ildə satış gəliri 2 milyon 646 min manat təşkil etmişdi.
“Bakı Şərab-1”in satışa çəkdiyi xərclər (satışın maya dəyəri) isə 11% azalaraq 2 milyon 288 min manata düşüb. Xərclərin gəlirlərdən daha çox azalması ümumi mənfəətin daha çox olmasını təmin edib. 2017-ci ildə 74 min manat olmuş ümumi mənfəət 2018-ci ildə 261 min manata yüksəlib. Qısası, “Bakı Şərab-1”in xalis mənfəətinin artması xərclərin azalması ilə bağlıdır.
Ötən ilin yekunları üzrə 1 səhmə təxminən 20 qəpik mənfəət düşüb. 2017-ci ildə bu məbləğ təxminən 6 qəpik idi.
31 Dekabr 2018-ci ildə “Bakı Şərab-1” 3 milyon 676 min manat cəmi aktivlərə malik olub. 2017-ci ilin sonunda ATSC 3 milyon 231 min manat cəmi aktivlərə malik idi. Ötən il “Bakı Şərab-1”də qısamüddətli debitor borclar 350 min manat artaraq 1 milyon 402 min manata çatıb. Şərəb istehsalçısının qısamüddətli kreditor borcları isə 196 min manat artaraq 352 min manata yüksəlib.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Bakı şəhəri, H.Əliyev prospekti 104 ünvanında fəaliyyət göstərən “Bakı Şərab-1” ATSC alkoqollu içkilər istehsal edir. “Zolotoye koltso”, “Vodka N1”, Pşeniçnaya rosa”, “İmperial” və “İmperium” ATSC-nin əsas ticarət markalarıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
7 d. əvvəl
MDB ölkələri arasında ilk olaraq İFRS 17 standartına keçid edən həyat sığorta şirkəti
- 9 d. əvvəl
- 21 d. əvvəl
-
30 d. əvvəl
İrana gedən Azərbaycan vətəndaşlarının sayında daha böyük artım olub
- 34 d. əvvəl
-
1 saat əvvəl
Gəncədən məktəbli qız informatika sahəsi üzrə dünyanın ən nüfuzlu universitetinə qəbul oldu
- 1 saat əvvəl
-
1 saat əvvəl
“McDonald’s Azərbaycan” və DSMF şəhid övladları üçün xeyriyyə tədbiri keçirib - FOTO - VİDEO
-
2 saat əvvəl
“PAŞA Holding”in şəhid ailələrinə bayram sovqatları çatdırılır
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Kapital Bank”da kiçik payları olan şirkətlərin adları açıqlanıb