Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Qubaya qar yağıb, ağaclara zərər dəyib - YENİLƏNİB

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qubaya qar yağıb, ağaclara zərər dəyib - YENİLƏNİB

Quba rayonuna qar yağıb, çiçək açmış ağaclara zərər dəyib.

 

Reklam_3_11

Məlumata görə, gecə saatlarında Quba və şimal zonasının digər rayonlarına qar yağmağa başlayıb.

 

Qar meyvə ağaclarına zərər vurub. Ağacların çiçəkləri yağıntının və şaxtanın təsirindən donub.

 

Hazırda qarın yağıntısı davam edir.

 

Əlavə edək ki, İsmayıllıya da qar yağıb. 

 

11:55 - Lerikin yuxarı ərazilərində qar fəsadlar törədib


Lerik rayonunun dağlıq ərazilərində qar fəsadlar törədib. Rayonun ucqar ərazilərində enerji verilişində problemlər yaranıb.

 

Orand kəndində də iki gündür ki, işıqlar yanmır. Elektrik təsərrüfatı işçilərinə kənd camaatı da köməklik göstərərək yaranan problemlərin aradan qaldırılması istiqamətində iş aparırlar. Kənd sakinlərinin bildirdiyinə görə, ərazidə qarın hündürlüyü 15-20 sm təşkil edir. Çiçəkləyən meyvə ağaclarını don vurub, təsərrüfatlara ziyan dəyib.

 

Nuravud, Pirəsora kəndlərində, xüsusilə də Kömürgöy kəndində qar daha çox yağıb. Şaxtalı hava səbəbindən yollar buz bağlayıb.

 

Rayon mərkəzinə də qar yağsa da, yerdə qalmayıb. Bu səbəbdən hər hansı problem yaşanmayıb. Qar yağmaqda davam edir.

20.04.2019 07:17

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ