Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Regional Azərbaycan Turizm Forumu keçirilir - FOTOLAR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Regional Azərbaycan Turizm Forumu keçirilir - FOTOLAR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Gilan Hospitality Group", "Qafqaz Hotels & Resorts", H.Əliyev adına Qəbələ Konqres Mərkəzi və Mondo şirkətinin təşkilati sponsorluğu ilə 20 aprel  2019-cu il tarixində Qəbələ şəhərində ilk dəfə olaraq Regional Azərbaycan Turizm Forumu keçirilir.

 

Reklam_3_11

Tədbirin keçirilməsində məqsəd ölkənin turizm imkanları, gələcək perspektivlər, müasir texnoloji yenilikləri ölkə turizminin inkşafına tətbiq etmək, qanunvericilik və ondan irəli gələn məsələləri müzakirə etməkdir. 

 

Tədbir zamanı Turizm Labaratoriyasının (Tourism Lab.) nəzdində həyata keçirilən və keçiriləcək layihələr barədə məlumat verən “Tourism Lab.” şirkətinin rəhbəri Həvva Səfərova bildirdi ki, “Artıq 4-cü ilinə qədəm qoyan Azərbaycan Turizm Forumu ilk layihələrimizdən biridir. Hər il Bakıda baş tutan Forum ilk dəfə olaraq Qəbələdə keçirilir. Turizmə maraq göstərən, təhsil alan tələbələri də nəzərə alıb, keçən ildən başlayaraq tələbələr üçün “Tourism Students Meetup” layihəsi həyata keçiririk.  Bu layihəmizin də davamlı olacağına və ölkə turizminə töhvə verəcəyinə inanıram. Bu ildən isə yeni bir layihənin hazırlıqlarına başlamışıq. Yay aylarında 1-ci “Azerbaijan Tourism Awards” layihəsi baş tutacaq. Bunun da hazırlıqları davam edir. İnanıram ki, digər layihələrimiz kimi bu da ölkə turizminin tarixində iz qoyacaqdır.” 

 

Həvva Səfərovanın açılış nitqindən sonra spikerlərin çıxışları və auditoriyanın sualları ilə forum davam edir.

 

Azərbaycan Turizm Forumunun Qəbələ görüşünün çıxışçıları  

Seymur Hacıyev  - “Gilan Hospitality Group” - Group Procurement Director

Şəbnəm Süleymanova - “Qafqaz Tufandag Hotel Gabala” İdarəedici Direktoru

Göydəniz Qəhrəmanov   - "Spektr Travel" şirkətinin rəhbəri

Orkhan Isayev  - "HRS- Hospitality & Retail Systems" şirkətinin Reqional Direktoru

Niyazi Qasımov  - "Qasımsoy" agentliyinin direktoru

Daniel Burkhard  - "Chenot Palace" otelinin Baş Meneceri 

David Khripunov  - "David Digital Sharks" şirkətinin təsisçisi

Azer Mammadzade - "Winter Park Otel"in Satış və Marketinq departamentinin direktoru

Rivka Khripunova - "Rivka" distant İngilis kurslarının təsisçisi

20.04.2019 14:33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ