Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Şri-Lankada partlayışlarda ölənlərin sayı 290 nəfərə çatıb - VİDEO

iç səhifə xəbər başlığı altı (mobil)_31
Şri-Lankada partlayışlarda ölənlərin sayı 290 nəfərə çatıb - VİDEO
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

07:40

 

Şri-Lankada törədilmiş səkkiz partlayış nəticəsində ölənlərin sayı artıb.

 

TASS-a istinadən xəbər verir ki, bu barədə "Hindustan Times" polisdəki mənbəyə istinadən məlumat yayıb.

 

Məlumata görə, partlayışlar zamanı ölənlərin sayı 290 nəfərə çatıb. Terror aktı nəticəsində həmçinin 500-ə yaxın insan yaralanıb. 

 

17:43. Aprelin 21-də Şri-Lankada törədilən silsilə partlayışlar nəticəsində ölənlərin sayı 215 nəfərə çatıb.

 

Bu barədə yerli polisə istinadən "News First" telekanalı məlumat yayıb.

 

***16:15

 

Aprelin 21-də Şri-Lankada törədilən silsilə partlayışlar nəticəsində ölənlərin sayı 207 nəfərə çatıb, 450-si yaralanıb.

 

Bu barədə yerli polisə istinadən "News First" telekanalı məlumat yayıb.

 

XXX

 

Şri-Lankada gün ərzində 8-ci partlayış törədilib. Bu barədə yerli polisə istinadən AFP məlumat yayıb.Hadisənin təfərrüatları məlum deyil.

 

XXX

 

Cənubi Asiya ölkəsi Şri-Lankada ard-arda partlayışlar baş verib. Üç otel və üç kilsədə partlayışların baş verdiyi bildirilib.
 

"Marja" xəbər verir ki, polis ölkədə zoopark yaxınlığında yeni bir partlayışın da baş verdiyini bildirib.  Beləliklə, ölkədə baş verən partlayış sayı yeddiyə yüksəlmişdir. 
 

Partlayışlar nəticəsində ən azı 185 nəfərin öldüyü, 400 nəfərin yaralandığı bildirlir. Ölənlərin sayının artacağı qeyd edilir.

 

Şri-Lanka polisi partlayışların intihar hücumu ola biləcəyi ehtimalını qiymətləndirir.

 
Yerli media patlayışların Kochchikade, Katana və Batticaloa-daki kilsələrdə və Kolombodakı otellərdə meydana gəldiyini bildirib.
 

Yaralıların sayının çox olması səbəbindən ölkədə qan bağışlanması üçün çağırış edilib.
 

Adının açıqlanmasını istəməyən bir rəsmi, partlayışlardan ən azı ikisinin intihar hücumunun nəticəsi olduğunun güman edildiyini deyib.
 
 
Şri-Lanka Prezidenti Maithripala Sirisena, partlayışlar səbəbindən şokda olduğunu deyib. 
 

Maliyyə naziri Manqala Samaraweera Twitter hesabından verdiyi açıqlamada, partlayışları, "çox yaxşı koordinasiya edilmiş anarxiya və qarışıqlıq yaratmaq cəhdi" kimi qiymətləndirib. 
 

Şri-Lanka mətbuatı ölən və yaralananlar arasında turistlərin ola biləcəyini yazıb.

 

22 milyon nəfər əhalisi olan Şri-Lankada xalqın təxminən 70%-i Buddist,12.6%-i Hindu, 9.7%i Müsəlman və 7.6%-i Xristiandır.

 

XXX

 

 

Şri-Lankada kilsə və otellərdə törədilən partlayışlar nəticəsində ölənlərin sayı 185 nəfərə çatıb.

 

Bu barədə yerli "News First" xəbər xidməti məlumat yayıb.

 

Məlumatda bildirilir:

 

Milli xəstəxana: 46 ölü, 259 yaralı var

Kalubovila xəstəxanası: 17 yaralı

Neqombo xəstəxanası: 74 ölü, 113 yaralı

Katana kilsəsi: 31 ölü

Raqama xəstəxanası: 7 ölü, 30 yaralı var

Battikaloa: 27 ölü, 80 yaralı

 

Şri-Lankada gün ərzində 7-ci partlayış baş verib, 2 nəfər ölüb

 

Şri-Lankada gün ərzində 7-ci partlayış baş verib. Bu barədə yerli polis məlumat yayıb. 

 

Partlayış paytaxt Kolombo şəhərinin ətrafında yerləşən Dehivalı qəsəbəsində qeydə alınıb. İlkin məlumatlara görə, partlayış nəticəsində azı 2 nəfər ölüb.

 

Daha əvvəl kilsə və otellərdə törədilən 6 partlayış nəticəsində 185 nəfər həyatını itirib.

 

 

22.04.2019 05:51

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ