Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Exit poll": Vladimir Zelenski Ukraynada prezident seçkilərinin qalibi olub

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Exit poll": Vladimir Zelenski Ukraynada prezident seçkilərinin qalibi olub

Ukraynada prezident seçkilərinin ikinci turu başa çatıb.

 

Xarici mətbuat xəbər verir ki, yerli vaxtla saat 20:00-da bütün seçki məntəqələri bağlanıb.

 

Seçkilərdə keçirilmiş milli "exit poll"un nəticələrinə görə, Vladimir Zelenski seçkilərin ikinci turunda qalib olub. Seçicilər arasında keçirilmiş rəy sorğusunun nəticələrinə görə, o, 73,2 faiz səs toplayıb. "Exit poll"un nəticələrinə görə, hazırkı prezident Petro Poroşenko seçicilərin 25,3 faizinin səsini toplayıb.  

 

Vladimir Zelenski "exit poll"un nəticələrini şərh edib


Ukraynada prezident seçkilərində namizəd Vladimir Zelenski milli "exit poll"un nəticələrinin elan edilməsindən sonra seçicilərinə təşəkkür edib.

 

O, tərəfdarlarına dəstəyə görə minnətdarlığını bildirib.

 

"Biz bunu birlikdə etdik. İndi heç bir pafos olmayacaq, mən sadəcə təşəkkür demək istəyirəm. Dəstək üçün öz valideynlərimə, güc və dözüm üçün xanımıma təşəkkür edirəm. Təşəkkürlər bütün bizim komandamıza, bütün qərargaha, hər kəsə, ekspertlərə, hüquqşünaslara, könüllülərə, müşahidəçilərə..! Hamıya təşəkkür", - deyə o, öz qərargahında çıxış edərkən bildirib.

 

Zelenski həmçinin "Kvartal 95"-ə, eləcə də hüquq-mühafizə orqanlarına təşəkkür edib.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

Petro Poroşenko prezident seçkilərində məğlubiyyətini etiraf edib

 

Ukraynanın hazırkı prezidenti Petro Poroşenko prezident seçkilərinin ikinci turunda rəqibi Vladimir Zelenskiyə üç dəfə az seçici səsi hesabı ilə uduzduğunu etiraf edib.

 

O, bildirib ki, buna baxmayaraq siyasətdən getməyəcək. Poroşenko öz komandasını heç vaxt təslim olmamağa çağırıb.

 

"Əziz komanda üzvləri, əziz həmyerlilər, KİV əməkdaşları, heç vaxt təslim olmayın. Heç vaxt, heç vaxt, heç vaxt... Nə çoxluqda təslim olun, nə azlıqda...", - deyə o əlavə edib. Siyasətçi bildirib ki, bu sözlər ötən əsrin məşhur siyasətçisi, Britaniyanın sabiq baş naziri Uinston Çerçilə aiddir.

 

Qeyd edək ki, bu gün Ukraynada prezident seçkilərinin ikinci turu keçirilib. Seçkilərdə birinci turun qalibləri - hazırkı prezident Petro Poroşenko və Vladimir Zelenski iştirak ediblər. 

21.04.2019 19:56

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ