Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Əfsanəvi Belarus dondurmaları Azərbaycan bazarına daxil olur

iç səhifə xəbər başlığı altı (mobil)_31
Əfsanəvi Belarus dondurmaları Azərbaycan bazarına daxil olur

Azərbayacanın “My Food” MMC şirkəti Belarusun “Morozproduct” şirkətinin rəsmi distirbütoru statusunu alıb.

 

“My Food” şirkətindən “Marja”ya verilən məlumata görə, tərəfdaşlıq çərçivəsində Azərbaycan bazarında “Morozproduct” şirkətinin yüksək keyfiyyətli dondurmalarının satışı təşkil olunacaqdır. İlk növbədə satışa 30-a yaxın çeşiddə Belarus dondurmaları çıxarılacaqdır.

 

Şirkətdən qeyd edildi ki, Belarus dondurmalarının qiymətləri münasibdir. Cəmi 1 manata əsl dondurmanı yemək mümkün olacaqdır.

 

May ayının 1-dən etibarən əfsanəvi Belarus dondurmalarını Azərbaycan marketlərində satışı başlayacaqdır.

 

Hazırda "Morozproduct" dondurma və dondurulmuş yarımfabrikat məhsullarının Belarus bazarında liderdir. 750-dən çox işçisi olan şirkət, mütəmadi olaraq yeni innovasiyaları məhsullarının istehsalında tətbiq edir. Şirkət dondurmadan başqa dondurulmuş məhsulların geniş spektrini tədarük edir: Ət və balıq yarımfabrikat məhsulları, çörək, tərəvəz və giləmeyvələr və s. "Morozproduct"  Belarusda və xaricdə öz şəbəkəsini genişləndirir.

 

Qeyd edək ki, Azərbaycan və Belarus arasında iqtisadi əlaqələr ildən-ilə güclənir. Azərbayacanın “My Food” MMC şirkətinin Belarusun “Morozproduct” şirkətilə əməkdaşlığa başlaması əlaqələrin daha da güclənməsinə növbəti töhfədir.

 

İnstagram: @morozproduct.az

 

22.04.2019 09:40

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ