Mübariz Mənsimov biznesini böyüdür - ofislər açdı, yeni gəmilər alır

"Palmali Holding" ABŞ və İndoneziyada ofislərini açıb.

 

"Marja" xəbər verir ki, bunu holdinqin sahibi azərbaycanlı iş adamı Mübariz Mənsimov bildirib.

 

Uğurlu iş adamı qeyd edib ki,  yeni müqavilələrin bağlanması, daha 5 gəminin alınması nəzərdə tutulur:

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

"Günəşli bahar günündə bu gözəl xəbəri sizin də duymanızı istədim. "Palmali Holding" böyüməyə davam edir. ABŞ və İndoneziyada ofislərimizi açdıq. Yeni müqavilələr, möhtəşəm anlaşmalarla sıralarımızı daha da genişləndirəcəyik. Daha 5 gəminin alınmasına imza atacağıq. Yanımda sadiq və professional komanda olduğu müddətdə daha çox uğura imza atacaq, okeanlar aşacağıq. Bu arada qürurla elan etmək istəyirəm ki, "Palmali"də çalışan azərbaycanlıların, gəmiçilərin sayı 10 mini ötdü. Biz birlikdə güclüyük! Bir olaq, birlik olaq!"

22 Aprel 2019 , 07:24   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin