Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Ölümə görə tikinti şirkəti barəsində cinayət işi başladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ölümə görə tikinti şirkəti barəsində cinayət işi başladı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bakı şəhəri, Nərimanov rayonunda fəhlənin ölümü hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin 222.3-cü (Tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

 

Bu barədə Nərimanov Rayon Prokurorluğundan məlumat verilib.

 

Qeyd edilib ki, hazırda günahkar şəxslərin müəyyənləşdirilməsi və məsuliyyətə cəlb edilməsi üçün zəruri istintaq tədbirləri həyata keçirilir.

 

Xəbər verildiyi kimi, Bakıda fəhlə çoxmərtəbəli binadan yıxılaraq ölüb. Hadisə Nərimanov rayonu, Mövsüm Sənani küçəsi 63 ünvanında baş verib. Həmin ünvanda inşa edilməkdə olan yeni binada çalışan 55 yaşlı Elçin Əliyev iş prosesi zamanı 13-cü mərtəbədən yıxılaraq ölüb.  

 

İnternetdə olan məlumatlara görə, Mövsüm Sənani küçəsi 63 ünvanında  “Evrostroy –S.S” adlı şirkət bina tikintisi aparır.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

© Report

22.04.2019 09:19

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ