Ən yuxarı (mobil)-2_30

Bakı İcra Hakimiyyətinin nümayəndələri əhali ilə görüşlər keçirəcək - CƏDVƏL

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakı İcra Hakimiyyətinin nümayəndələri əhali ilə görüşlər keçirəcək - CƏDVƏL

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) təşəbbüsü ilə aprelin 24-dən əhali ilə görüşlərə başlanılacaq. 

 

Bu barədə “Marja”ya BŞİH-dən məlumat verilib. 

 

Bildirilib ki, paytaxt rayonlarında sakinlərlə “Açıq qapı” günləri keçiriləcək.

 

Qeyd olunub ki, sakinlərin mənzil-məişət, kommunal və digər problemlərinin bilavasitə yerlərdə öyrənilməsi və aradan qaldırılması, onların dövlət qurumları nümayəndələri ilə təmaslarını daha da yaxınlaşdırmaq məqsədilə keçirilən aylıq çərçivəsində təşkil olunan “Açıq qapı” tədbirləri təsdiq olunan qrafikə uyğun olaraq hər bir rayonun Mənzil-Kommunal Təsərrüfatı Birliklərinin binalarında və qəsəbə mədəniyyət evlərində təşkil olunacaq.

 

Görüşlərdə Bakı Şəhər İcra Hakimiyyətinin məsul nümayəndələri, yerli icra strukturlarının rəhbərləri ilə yanaşı rayondakı təsərrüfat xıdmətlərinin, o cümlədən elektrik, təbii qaz, su və kanalizasiya, istilik idarələrinin rəhbərləri də iştirak edəcək, sakinləri ən çox narahat edən sual və problemlər dinləniləcək, araşdırılacar, aradan qaldırılması üçün tədbirlər görüləcək və sakinlərin sualları cavablandırılacaq.

 

2019-cu il aprel-may aylarında Bakı şəhər sakinlərinin problemlərinin həlli ilə bağlı yerlərdə keçiriləcək “Açiq qapı” tədbirlərinin yeri və ünvanı aşağıdakı cədvəldə verilib:

 

Rayonun adı

Görüşün tarixi və vaxtı

Keçirilmə yeri

1

Nərimanov rayonu

24.04.2019 16:00-20:00

Nərimanov Rayon MKTB-nin binası, Əbdüləziz Dəmirçizadə küç. 22

2

Xəzər rayonu

26.04.2019 16:00-20:00

Xəzər Rayonu, Şımal Dres yaşayış sahəsi, Lev Starçuk küçəsi, Mədəniyyət evi

3

Xətai rayonu

29.04.2019 16:00-20:00

Xərai Rayon MKTB-nin binası, Ramiz Quliyev küç. 23

4

Sabunçu rayonu

01.05.2019 16:00-20:00

Sabunçu Rayon MKTB-nin binası. Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev 72

5

Binəqədi rayonu

03.05.2019 16:00-20:00

Binəqədi Rayon MKTB-nin binası, Əli Məmmədov küç. 10

6

Yasamal rayonu

05.05.2019 11:00-15:00

Yasamal Rayonu, 225 nömrəli məktəb, Ələsgər Ələkbərov küç. 8

7

Nizami rayonu

07.05.2019 16:00-20:00

Nizami Rayon MKTB-nin binası, R.Rüstəmov küç. 28

8

Nəsimi rayonu

11.05.2019 15:00-19:00

Nəsimi Rayon MKTB-nin binası, Səməd Vurğun küç. 112

9

Suraxanı rayonu

13.05.2019 16:00-20:00

Suraxanı Rayon MKTB-nin binası, Əhməd Mehbalıyev küç. 3

10

Qaradağ rayonu

15.05.2019 16:00-20:00

Qaradağ Rayon Mədəniyyət sarayı, Seymur Orucov küç. 23

11

Səbail rayonu

17.05.2019 16:00-20:00

Səbail Rayonu, 239 nömrəli məktəb. Badamdar qəsəbəsi, Məktəbli küşəsi 16

12

Pirallahı rayonu

19.05.2019 11:00-15:00

Pirallahı Rayon MKTB-nin binası, Kamil Rzayev küç. 25

 

 

 

22.04.2019 09:26

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ