Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“Günay Sığorta”nın şimal və cənub satış ofisləri açıldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Günay Sığorta”nın şimal və cənub satış ofisləri açıldı

(®) “Günay sığorta” ASC Azərbaycanın ilk özəl sığorta şirkəti olaraq başlıca məqsədlərindən biri ölkə başçısı tərəfindən qəbul olunmuş Strateji Yol Xəritələrinin icrası, regionlarda, xüsusilə də sığorta sektorunda yeni iş yerlərinin açılması, ölkə əhalisinə keyfiyyətli sığorta xidmətlərindən istifadə etmək imkanının genişləndirilməsi və əhalinin maliyyə xidmətlərinə çıxış imkanları ilə yanaşı onların əlçatanlığını təmin etməkdir.

 

Bu məqsədlə “Günay Sığorta” şimal və cənub regionlarında yeni xidmət məkanlarını (filiallarını) müştərilərin istifadəsinə təqdim etdi.

 

Quba satış ofisi ölkənin şimal rayonlarını xüsusilə Quba, Qusar, Xaçmaz, Siyəzən, Xudat şəhərlərini, Masallı satış ofisi isə ölkənin cənub - Masallı, Lənkəran, Astara, Lerik rayonlarını əhatə edəcək.

 

Yeni açılmış filiallar fiziki və hüquqi şəxslərə bütün növ sığorta xidmətləri və məhsullarını təqdim edəcək, eləcə də baş vermiş sığorta hadisələrinin tənzimlənməsini həyata keçirəcək.

 

Şirkət müştərilərinə daha yaxın olmaq və onların rahatlığını təmin etmək məqsədi ilə yeni açılan xidmət məkanlarında həftə içi hər gün saat 09.00-dan 18.00-dək sığorta xidmətləri göstərəcək.

 

Açılış mərasimində şirkət rəhbərliyi, region rəhbərləri və qonaqlar çıxış etmiş, daha sonra sığorta məhsulu əldə edən ilk müştərilər hədiyyələr ilə mükafatlandırılmışdırlar.

 

Açılış mərasimindən sonra şirkətin 1-ci rübünün nəticələri ilə bağlı Lənkəran şəhərində iclas keçirilmişdir. İclasda şirkətin maliyyə və əməliyyat göstəricilərinin müzakirəsi təşkil olunmuş, müştəri məmnuniyyətinin artırılması istiqamətində addımlar, fəaliyyət planları və orta müddətli strateji planın icra vəziyyəti ilə bağlı qərarlar qəbul edilmişdir. Şirkət rəhbərliyi tərəfindən şirkətin orta müddətli strateji planına uyğun olaraq yaxın zamanlarda filial və nümayəndəliklər şəbəkəsinin genişləndirilməsi və yeni iş yerlərinin açılacağı bildirilmişdir.

 

Azərbaycanın ilk özəl sığorta şirkəti olan "Günay Sığorta" ASC-nin inkişaf tarixi 26 ili əhatə edir. "Günay Sığorta" ASC Maliyyə Nazirliyi tərəfindən verilmiş 04 sentyabr 1992-ci il tarixli 235 saylı şəhadətnamə ilə qeydiyyata alınaraq fəaliyyətə başlamışdır. "Günay Sığorta" ASC 19 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərinə xidmət göstərir.

22.04.2019 09:35

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ