Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“İpək Yolu Sığorta”nın mənfəəti 15% artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“İpək Yolu Sığorta”nın mənfəəti 15% artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“İpək Yolu Sığorta” ASC-nin cəmi aktivləri bu il aprelin 1-nə 50,085 milyon manat təşkil edib.

 

Reklam_3_11

Şirkətin maliyyə hesabatına görə, bu, ötən il aprelin 1-i ilə müqayisədə 17,4% çoxdur.

 

Son 1 ildə “İpək Yolu Sığorta”nın cəmi öhdəlikləri 77,7% artaraq 27,266 milyon manata çatıb, cəmi kapitalı isə 16,5% azalaraq 22,819 milyon manata düşüb.

 

Bu ilin I rübündə “İpək Yolu Sığorta”nın gəlirləri 7,133 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 2,8% çox), xərcləri 6,558 milyon manat (1,85% çox) təşkil edib. Son nəticədə şirkət rübü 575 min manat mənfəətlə başa vurub ki, bu da illik müqayisədə 14,8% çoxdur.

 

Xatırladaq ki, "İpək Yolu Sığorta" 2011-ci ildə "AZAL Sığorta" ASC-nin bazasında yaradılıb, "Silkway Holding" MMC-yə daxildir. Onun nizamnamə kapitalı 14,77 mln. manatdır. Şirkətin səhmlərinin 38,74%-i Cəmilə Cahangir qızı Əsgərovaya, 38,74%-i Məlahət Cahangir qızı Əsgərovaya, 19,05%-i "Silkway Airlines" şirkətinə, 3,47%-i isə "Azərbaycan Hava Yolları" QSC-yə məxsusdur. 

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

© “Report”

22.04.2019 09:40

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ