Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Nazir: İyunda OPEC+ sazişinin uzadılması geosiyasət və neftin kommersiya ehtiyatlarının səviyyəsindən asılıdır"

iç səhifə xəbər başlığı altı (mobil)_31
Nazir: İyunda OPEC+ sazişinin uzadılması geosiyasət və neftin kommersiya ehtiyatlarının səviyyəsindən asılıdır"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"2019-cu ilin iyun aylnda neft hasilatının azalmasına daia OPEC+ sazişinin uzadılması geosiyasi amillər və neftin kommersiya ehtiyatlarının azalmasının səviyyəsindən asılıdır". Azərbaycanın Energetika naziri Pərviz Şahbazov belə hesab edir.

 

Reklam_3_11

“Hazırda neftin qiyməti qənaətbəxş səviyyədədir. 2018-ci il dekbar ayından OPEC+ çərçivəsində sazişin icra səviyyəsi aydan aya artır. İyun ayında keçiriləcək iclasda OPEC+ ölkələrinin neft hasilatının azalmasına dair yeni qərarın qəbulu bəzi geosiyasi amillər və neftin kommersiya ehtiyatlarının azalmasının səviyyəsindən asılı olacaq”, - P.Şahbazov bu gün Bakıda keçirilən SOCAR-ın IV Beynəlxalq "Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı, Neft-kimya" forumunda çıxışında bildirib.

 

Nazir məlumat verib ki, cari il proqnozlara əsasən, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələrində neftin kommersiya ehtiyatlarının artımı və qlobal iqtisadiyyat templərinin 3,6 faiz punktundan 3,3-ə qədər azalması gözlənilir.

 

“Dünyada qeyri-sabir geosiyasi vəziyyətin mövcudluğu şəraitində neft istehsal edən ölkələr arasında neft bazarında sabitliyin qorunması məqsədilə əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir”, - P.Şahbazov vurğulayıb.

 

O xatırladıb ki, Azərbaycan ilk gündən OPEC+ çərçivəsində sazişin fəal iştirakçısı olub. Eyni zamanda, o əlavə edib ki, neftin qiymətinin azalmasının qarşısının alınması üzrə tədbirlərin reallaşdırlması Azərbaycanın neft-qaz sektorunun inkişafına müsbət təsir göstərib. “2018-ci ildə mənfəət nefti və qaz satışından ölkənin gəlirləri 9,8 mlrd. dollara çatıb”, - o bildirib.

 

2018-ci il dekabrın 7-də qəbul olunan OPEC+ üzrə yeni sazişə əsasən, OPEC üzvləri neft hasilatını sutkada 800 min barrel, kartelə daxil olmayan ölkələr isə 400 min barrel azaldacaqlar. Saziş nəzərdən keçirilməsi şərti ilə yarım il müddətinə uzadılıb.

 

Azərbaycan OPEC+ ilə razılıq çərçivəsində gündəlik neft hasilatını 2018-ci ilin sentyabr ayının göstəricisi ilə müqayisədə 2,5 % və ya 20 min barrel olmaqla 776 min barrelədək azaltmaq öhdəliyi götürüb. 

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

© İnterfaks-Azərbaycan

22.04.2019 10:30

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ