Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

24-25 May marketinqdə optimal həllər müzakirə ediləcək!

iç səhifə xəbər başlığı altı (mobil)_31
24-25 May marketinqdə optimal həllər müzakirə ediləcək!

May ayının 24-25 tarixlərində Hünər liseyində VII Milli Marketinq Forumu keçiriləcək. Forumun məqsədi ölkənin marketinq sahəsinin inkişafına dəstək olmaq, trendləri araşdırmaq və praktiki problemlərin həllini tapmaqdır.

 

Milli Marketinq Forumu Marketinq Azərbaycan qrupu, Marketing AİR, facemark.az və Azərbaycanın ilk onlayn marketinq televiziyası olan FMR TV komandası, həmçinin ölkənin marketinq sferasında çalışan dostların birgə səyi nəticəsində illik olaraq keçirilir.

 

Əsrin müqaviləsinin 25 illiyinə həsr olunan forumda əsas deviz "Optimal həllər" seçilmişdir. Forumda Milli Keyslər, Rəqəmsal marketinq, Marketinq Kommunikasiyaları, İstehlakçı davranışı, Bloqçuluq və Trendlər kimi panellər olacaq. Bütün panellər üzrə biznes sahibləri və mütəxəssislər biznesdə optimal həllərdən danışacaqlar.

 

Forumun biletləri artıq satışdadır. Biletləri Forumun saytındaFacebook səhifəsində onlayn sifariş göndərməklə əldə edə bilərsiniz. Çatdırılma pulsuzdur. Biletin qiyməti: 50 AZN

VII Milli Marketinq Forumunun keçirilməsinə dəstək olan tərəfdaşlarımız:

Təşkilatçı: Marketinq Azərbaycan, facemark.az, Marketing AİR

Kreativ tərəfdaş: Fil Agency

Dijital tərəfdaş: ELSEO

Proqram tərəfdaşı: Logix

Bilet tərəfdaşı: Ticketsetup

Çap və Promo dəstəyi: CREA TIME

Media tərəfdaşlar: marja.az, banco.az, banker.az, big.az, fins.az

 

Daha ətraflı:

Millimarketinqforumu.com

Facebook.com/millimarketinqforumu

+994 51 295 46 77

23.04.2019 08:00

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ