“Microsoft” yeni baş direktor təyin etdi - Azərbaycandan da cavabdeh olacaq
“Microsoft” korporasiyası 1 aprel tarixindən Ronald Binkofskinin “Microsoft Kazakhstan” şirkətinin baş direktoru və eyni zamanda, MDB regionu üzrə rəhbər təyin edildiyini açıqlayıb. Ronald ötən il ərzində bu vəzifədə çalışmış Konstantin Nazarovu əvəz edəcək.
Ronald Binknofski Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Özbəkistan, Tacikistan və Türkmənistanı özündə birləşdirən regionda biznesin inkişafına cavabdeh olacaq.
Bu vəzifəyə təyin olmamışdan öncə Ronald 4 il ərzində “Microsoft Poland” şirkətinə, daha əvvəl isə 2,5 il ərzində “Microsoft Romania” şirkətinə rəhbərlik edib.
“Həm bu gün, həm də gələcəkdə inkişaf üçün böyük potensiala malik olan bu regionun, ölkənin bir parçası olacağımdan məmnunam. Komandamızla birgə biz müştəri və tərəfdaşlarımıza dəstək göstərməyi davam edəcək, texnologiyaların tətbiqində və rəqəmsal transformasiyalar dövründə biznesin və həyatın bütün sahələrində inkişafa yardım göstərəcək”, - deyə R. Binkofski bildirib.
Ronald 10 ildən artıqdır ki, “Microsoft” şirkətində çalışır və biznesin idarə edilməsi, satış, marketinq, əməliyyatların və dəyişikliklərin idarə edilməsi sahələrində böyük təcrübəyə malikdir. O, karyerasına “Software AG” şirkətində Mərkəzi və Şərqi Avropa üzrə regional menecer kimi başlayıb, buna qədər isə şəxsi biznesini idarə edib.
Ronald Krakovda (Polşa) Yagelon Universitetininin tətbiqi riyaziyyat fakültəsini bitirib və “INSEAD” biznes məktəbinin “Advanced Management” proqramı üzrə məzun olub. Bundan başqa, o, Almaniyanın Höte adına Frankfurt Universitetində rus dilini öyrənib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
13 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 14 saat əvvəl
-
14 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
15 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 16 saat əvvəl
-
16 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl