SOCAR gələn il Qaradağda nəhəng kompleksin inşasına başlayacaq
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaradağ rayonu ərazisində inşa etməyi planlaşdırdığı qaz emalı və polimer kompleksi - SOCAR-GPC-nin inşasına 2020-ci ilin I rübünün sonunda başlanılması planlaşdırılır.
AŞAĞI FAİZLƏ TƏCİLİ PUL KREDİTİ
Bunu Bakıda keçirilən SOCAR-ın IV Beynəlxalq "Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı, Neft-kimya" forumunda "SOCAR Polymer" MMC-nin maliyyə direktoru Rauf Quliyev bildirib.
Onun sözlərinə görə, layihənin yekun investisiya qərarının bu ilin IV rübündə qəbul olunması gözlənilir.
Şirkətin maliyyə direktoru SOCAR-GPC kompleksinin 2023-cü ilin III rübündə istismara verilməsinin planlaşdırıldığını qeyd edib:
"Hazırda maliyələşmə ilə bağlı danışıqlar davam edir. Layihə üçün FEED (Front End Engineering Design - ilkin detallı qiymətləndirmə),geotexniki və topoqrafik işlər və digər işlər yekunlaşıb, 250 hektar torpaq ayrılıb.Məhsullar üçün Türkiyə,İran, Mərkəzi və Qərbi Avropa, Çin, Rusiya və digər ölkələr ixrac bazarları olaraq nəzərdə tutulub".
Onun sözlərinə görə, layihədən ildə 1 mlrd.dollar gəlir əldə olunması proqnozlaşdırılır.
Qeyd edək ki, SOCAR-GPC qaz emalı və polimer zavodlarından ibarət olacaq. Qaz Emalı Zavodunun illik gücü 10 mlrd. kubmetr həcmində (təmizlənmiş 9,1 mlrd.kubmetr) nəzərdə tutulub. Kompleksdə həmçinin ildə 600 min ton aşağı və yüksək sıxlıqlı polietilen, 130min ton propilen, 42 min ton benzol, 25min ton benzin istehsalı nəzərdə tutulur. Bundan başqa, daxili istifadə üçün ildə 32min ton buten - 1,21 min ton heksen - 1istehsalı planlaşdırılır. Yeni müəssisədə “Technip”, “Axens”, “Sinopec Tech” və “Univation” şirkətlərinin texnologiyalarından istifadə ediləcək.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
7 saat əvvəl
“Kapital Bank” ASC-nin istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb
- 7 saat əvvəl
-
7 saat əvvəl
Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalandı
-
7 saat əvvəl
Azərbaycan və Albaniya arasında viza tələbi aradan qaldırılır
-
7 saat əvvəl
“Qat-Qat Cake Shop” şirniyyat mağazasında yararsız məhsullar aşkarlanıb, rəhbərliyi cərimələnib
-
8 saat əvvəl
ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verildi!
-
8 saat əvvəl
“Kapital Bank”ın dollar istiqrazlarına 104 investor 104 sifariş təqdim etdi - HƏRRACIN NƏTİCƏSİ
- 8 saat əvvəl
-
9 saat əvvəl
Rabitəbank 2024-cü ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
9 saat əvvəl
Xəzərdə süni torpaq sahələri dənizin şimal və cənub hissələrində yaradılacaq
- 9 saat əvvəl
- 9 saat əvvəl