Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Şoumenin qələbəsi, milyarderin məğlubiyyəti - ŞƏRH

iç səhifə xəbər başlığı altı (mobil)_31
Şoumenin qələbəsi, milyarderin məğlubiyyəti - ŞƏRH
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ukraynada prezident seçkisinin ikinci turu keçirilib. İlkin nəticələrə əsasən, Vladimir Zelenski 73 faiz səslə fəaliyyətdə olan Prezident Petro Poroşenkoya qalib gəlir.

 

Reklam_3_11

Əslində, rəsmi olaraq, elan edilməsə də, artıq onu Ukraynanın yeni seçilmiş Prezidenti adlandırmaq olar. Dünyanın aparıcı ölkələri, xüsusilə ABŞ, Britaniya, Almaniya, Fransa, Kanada, Avropa İttifaqı liderləri, hətta rəqibi Petro Poroşenko da Vladimir Zelenskini qələbəsi münasibətilə təbrik ediblər. Bu isə müstəqilik tarixində Ukraynada beynəlxalq səviyyədə tanınan, qərbyönümlülərin qələbəsi ilə nəticələnən üçüncü ədalətli, azad və şəffaf prezident seçkisi sayılır. Onların birinci uğuru 2005-ci ildə olub. Həmin il Viktor Yuşşenko qələbə qazanmışdı. Onun prezidentliyi 2005-ci il yanvarın 23-dən 2010-cu il fevralın 25-dək davam edib. Yuşşenko 2010-cu ildə keçirilən prezident seçkisində keçmiş rəqibi Viktor Yanukoviçə uduzdu. Ancaq ikinci səlahiyyətlərinin icrasını prezident müddəti başa çatanadək sürdürə bilmədi. Çünki Yanukoviçin Ukraynanın Avropa İttifaqı ilə assosiativ üzvlük barədə razılaşmaya qoşulmaq məsələsində tərəddüdləri 2013-cü il noyabrın 21-də Avromaydan (“Evromaydan”) hərəkatının yaranmasına səbəb oldu. Bu ictimai-siyasi proses 2014-cü il fevralın 22-də Yanukoviçin istefası və ölkədən qaçması ilə yekunlaşdı. 2014-cü ildə keçirilən prezident seçkisi ukraynalı milyarder Petro Poroşenkonun qələbəsi ilə nəticələndi. O, 2014-cü il iyunun 7-dən Ukraynanın prezidentidir. 54 yaşlı Poroşenko milyarder, siyasətçi, sahibkarlıq və dövlətin idarə edilməsində çoxillik təcrübəsinə baxmayaraq, seçkinin ikinci turunda Vladimir Zelenskiyə məğlub oldu.

 

Gəlin, Ukraynanın yeni dövlət başçısının ömür yolundan bir neçə xatırlama edək. V.Zelenski 1978-ci il yanvarın 25-də Ukraynanın Krivoy-Roq şəhərində anadan olub. İxtisasca iqtisadçı-hüquqşünas olmasına baxmayaraq, bu sahədə işləməyib. Zelenski Ukraynanın ictimai-siyasi xadimi, şoumen, komediya aktyoru, prodüser, ssenaristdir. Tələbəlik illərində “Şən Hazırcavablar Klubu” (KVN) ilə məşğul olub. “Krivoy-Roq yığması”nı bir müddət sonra “95 kvartal”ı yaradıb. Telekanallarda müxtəlif səpkili verilişlərdə aparıcılıq edib. “Qalx, Ukrayna!” layihəsinin müəllifi olub. Bir sıra filmlərin, kino müzikllərin ssenarisini yazıb, aktyor olaraq rollar ifa edib. Rusiyanın üç telekanalı onun film və televiziya proqramlarının istehsalı ilə məşğuldur. 2016-cı ilin sonunda “Xalqın qulluqçusu” yumoristik serialı və eyniadlı film yaymlanmağa başlayandan sonra Zelenskinin Ukrayna prezidentliyinə namizəd olacağı barədə fikirlər dolanmağa başladı. 2017-ci ildə “Studiya kvartal 95”in hüquqçuları Xalq Qulluqçuları Partiyasını qeydiyyatdan keçiriblər. Zelenski 2019-cu il yanvarın 1-də “1+1” telekanalında prezidentliyə namizədliyini irəli sürəcəyini elan edib. O, bunu Prezident Petro Poroşenkonun digər telekanallarda Ukrayna xalqını yeni il münasibətilə təbrik edərkən açıqlayıb. 2019-cu il yanvarın 21-də Xalq Qulluqçuları Partiyası rəsmi olaraq Vladimir Zelenskinin namizədliyini irəli sürüb. 

 

Deməli, Zelenkilər ailəsinin var-dövləti barədə yayılan məlumatda bildirilib: Kiyevşine rayonunun İvankoviç kəndində 353 kvadratmetlik evi və 1200 kvadratmetrlik torpaq sahəsi, Kioyevdə 254, 198 və 131 kvadratmetr sahələri olan üç mənzili var. Həyat yoldaşı Yelena Zelenskaya ilə birlikdə Britaniyada 91 kvadratmetrlik mənzilinə sahibdirlər. Onun iki dayanacaq parkı da var. Yelena Zelenskayanın Yaltada 129 kvadratmetrlik mənzili və dayanacaq parkı, Kiyevdə 284 kvadratmetrlik mənzili, habelə Ukrayna paytaxtında 305 və 337 kvadratmetrlik qeyri-yaşayış yerinin sahibidir. Zelenskilər ailəsi Kiyevdə üçüncü şəxsin adına 269 kvadratmetlrlik mənzili və dayanacaq parkını qeydiyyatdan keçiriblər. Bundan başqa, ailənin “Land Rover” “Mercedes-Benz S 500 4 Matic” avtomobilləri, “Breguet”, “Tag Heuer”, “Rolex”, “Piaget” markalı saatları, “Graff”, “Bovet”, “Breguet” qızıl-zinət əşyalarının da sahibidirlər. Vladimir Zelenskinin adına Ukrayna, İtaliya, Kiprin yunan hissəsində, Belize və Britaniyanın Vircin adalarında hüquqi şəxs kimi firmaları qeydiyyata alınıb. Onun bank hesabında 442 387 dollar, 115 avro və 1 milyon 187 min 95 qriven, nağd isə 285 min dollar, 50 min avro və 22 min qriven pulu olduğu açıqlanıb.

 

Yeri gəlmişkən, Zelenski yalnız bir müddətə prezident olacağını bildirib. O, prezidentin, deputatların, hakimlərin toxunulmazlığının, prezidentə impiçmentin göstərilməsinin və deputatların geri çağırılmasının ləğvi haqqında qanun layihəsinin qəbul olunmasını təklif edib. Zelenski Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı referendumun keçirilməsi, ukraynalı hərbçilərin Alyans səviyyəsində olması təklifini irəli sürüb. O, Donbasda hərbi əməliyyatların başa çatması, müvəqqəti olaraq işğal edilən torpaqların geri qaytarılmasını, Rusiyanın dəyən ziyanı ödəməsini dəstəkləyir. Zelenski ilhaq edilən Krım yarımadasının qaytarılması uğrunda mübarizəni davam etdirəcəyini bildirib.

 

Hər halda Poroşenko ilə Zelenskinin imkanlarını müqayisə etsək, var-dövlət, dövləti idarəetmə baxımından fəaliyyətdə olan prezidentin üstünlüyünü görə bilərik. Ancaq demokratik şərtlər daxilində keçirilən seçkidə nəticəni milyonlar deyil, xalq səsverməsi həll edir. Bu dəfə xalq 5 il əvvəl seçdiyi Poroşenkoya prezident mandatı vermədi. Seçki prosesində müxtəlif səpkili qanun pozuntularının olduğu və gələcəkdə aşkarlanacağı istisna edilmir. Baş verən göstərir ki, Ukrayna xalqı Zelenskini seçməklə ölkədəki bir sıra qanunsuzluqlara "yox" deyə bilib. Təbii ki, belə seçki şəraitinin yaradılmasında mövcud hakimiyyətin də rolu az deyil. Elə bu işinə görə Avropa İttifaqı və dünyanın aparıcı dövlətlərinin başçıları Petro Poroşenkoya təşəkkür ediblər.

 

Halbuki bir çoxları elə zənn edir ki, xalqın içindən çıxan adi vətəndaşlar dövləti idarə edə bilməz. Ancaq son 30 ildə baş verənlər sübut edir ki, peşəsindən və maliyyə vəziyyətindən asılı olmayaraq, xalqın seçdiyi şəxs prezident ola bilər. Məsələn, Ronald Reyqan artist idi. Ancaq 1981-1989-cu illərdə iki dönəm ABŞ kimi dövlətin prezidenti olub. O, SSRİ-nin dağılmasının başlanğıcını qoyub. Yaxud dövlətin idarə edilməsində elə böyük rolu olmayan milyarder Donald Trampın ABŞ-da prezident olması da gözlənilməz idi. Ancaq hər iki hadisəni demokratiya törədib. Bu baxımdan, Zelenskinin də Ukraynada prezident səlahiyyəti müddətini uğurla başa çatdıracağı ehtimalı böyükdür. Bu seçki ölkədə yeni bir mərhələnin əsasını qoydu. Bundan sonra Ukrayna hakimiyyəti etiraz aksiyalarının fonunda deyil, seçki yolu ilə dəyişiləcək. Düzdür, etiraz aksiyası da seçkilərlə yekunlaşır. Ancaq məsələ ötən illərdəki ənənəvi etiraz aksiyalarından gedir. Zelenskinin çıxışlarından belə görünürü ki, o, daha çox islahatlara üstünlük verəcək. Hakimiyyətdə olacağı beş ildə bu işi başa çatdırıb estafeti demokratik və islahatlar prosesini dərinləşdirə biləcək yeni komandaya verəcək. Bütün hallarda Ukraynada demokratikləşmənin yeni mərhələsinin başlandığını demək olar. Bu, Avropa İttifaqının təhlükəsizliyinə, genişlənməsinə yardım edə bilər. Ukraynadakı demokratik dəyişikliyin avrointeqrasiyaya üstünlük verən başqa dövlətlərə də yardım edəcəyi istisna edilmir.

 

Beləliklə, ərazisinin bir hissəsi ilhaq edilmiş, bir hissəsində hərbi əməliyyatlar gedən Ukrayna yeni prezidentlə yönünü və demokratik prinsiplərə sadiqliyini dəyişmədiyini bəyan etdi. 

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

 

© Report

22.04.2019 12:09

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ